“Sivil Toplum” Monitorinq Koalisiyasının müşahidəçiləri təlimatlandırılması məqsədi ilə təlimlər keçirir.
Bu barədə Koalisiyadan məlumat verilib.
Bildirilib ki, “silsilə təlimlər 17 yanvar 2024-cü il tarixdə saat 11.00-da Xaçmaz şəhərində, 15.00-da isə Quba şəhərində davam edib. Yanvarın 18-də isə Bakı şəhərində Xətai və Nərimanov rayonlarında fəaliyyət göstərəcək müşahidəçilər üçün təlim keçirilib. Xaçmaz və Quba şəhərlərində keçirilən təlimlərdə Koalisiyanın həmsədri Qorxmaz İbrahimli, Bakı şəhərində keçirilən tədbirlərdə isə həmsədrlər Qorxmaz İbrahimli Əhməd Abbasbəyli iştirakçılar qarşısında çıxış ediblər”.
Qeyd edilir ki, onlar “Sivil Toplum” Monitorinq Koalisiyası haqqında, 07 fevral 2024-cü il tarixdə keçiriləcək Azərbaycan Respublikasının Prezidentinin növbədənkənar seçkilərində qarşıda duran vəzifələr barədə məlumat veriblər: “Natiqlər Koalisiya barədə ətraflı məlumat verərək, təsisçi təşkilatları, onların rəhbərlərini iştirakçılara təqdim edib, Koalisiyanın məqsəd və məramlarını açıqlayıblar. Sonra isə seçki mühiti, seçki prosesinin müşahidəsindən danışaraq, 07 fevral 2024-cü il tarixdə keçiriləcək Azərbaycan Respublikasının Prezidentinin növbədənkənar seçkilərində Koalisiyanın müşahidəçilərinin görəcəyi işlər barədə məlumat veriblər. Müşahidəçilərin fəaliyyətininseçki prosesində əhəmiyyətini vurğulayaraq, bu təlimlərin faydalı olacağına inandığını bildirdi. Çıxışların ardınca təlim prosesinə başlanaraq “Mərkəzi Seçki Komissiyasının hazırladığı “Müşahidəşilər üçün yaddaş” və seçki qanunvericiliyi barədə ətraflı məlumat verilib”.
Təlim zamanı iştirakçıların çoxsaylı sulları cavablandırılaraq, bir sıra məsələlər ətrafında müzakirələr aparılıb. Sonda isə təlimçilər üçün müvafiq sənədlər təqdim edilib.
Number of View: 600