Qardaş Türkiyənin Eskişehir şəhərində 20 Yanvar faciəsinin 34-cü ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.
Bu barədə Eskişehir Azərbaycanlılar Dərnəyindən məlumat verilib.
Bildirilib ki, “Dərnəyin təşkilatçılığı ilə keçirilən tədbir iki qardaş ölkənin şəhidləri, o cümlədən 20 Yanvar faciəsi qurbanlarının xatirəsinin yad edilməsi ilə başlayıb”.
Sonra çıxış edən Eskişehir Azərbaycanlılar Dərnəyinin sədr müavini Sirac Yaquboğlu 20 Yanvar faicəsi ilə bağlı ətraflı məlumat verib.
Çıxışda Azərbaycan xalqının silahlı sovet ordusuna qarşı necə silahsız mübarizə apardığı qeyd edilib.
S.Yaquboğlu vurğulayıb ki, 20 Yanvar faciəsindən 34 il keçməsinə baxmayaraq, o gün yaşananların ağrısı-acısı hələ də unudulmur: “Azərbaycanın azadlığı uğrunda mübarizədə canlarından keçənlərin əziz xatirəsi hər zaman yad ediləcək. Bu gün müstəqil, qalib Azərbyacan həm də 20 Yanvar şəhidlərinə borcludur”.
Number of View: 536