“Nəsil Ağacı” bu dəfə gənclər üçün nümayiş olunub

“İRƏLİ” İctimai Birliyinin təşkilatçılığı, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi və Qərbi Azərbaycan İcmasının tərəfdaşlığı ilə keçirilən “BÜTÖV – Qərbi Azərbaycana Qayıdış Prosesində Gənclərin Rolunun Artırılması” proqramı çərçivəsində “Nəsil ağacı” sənədli filminin gənclər üçün nümayişi olub.

İctimai Birlikdən verilən məlumaat görə, “Park Cinema” kinoteatrlar şəbəkəsinin təşkilati dəstəyi ilə reallaşan tədbirdə qeyri-hökumət təşkilatlarının nümayəndələri, media mənsubları və yüzə yaxın gənc iştirak edib: “Tədbiri giriş sözü ilə açan “İRƏLİ” İctimai Birliyinin sədri Şahin Rəhmanlı nümayişin keçirilməsində verdiyi dəstəyə görə “Park Cinema” kinoteatrlar şəbəkəsinə təşəkkünü bildirib. O qeyd edib ki, “BÜTÖV – Qərbi Azərbaycana Qayıdış Prosesində Gənclərin Rolunun Artırılması” proqramı çərçivəsində müxtəlif ali təhsil müəssisələrində maarifləndirici görüşlər təşkil olunur. Bununla yanaşı, 10-12 noyabr tarixlərində Quba şəhərində proqram çərçivəsində təşəbbüs qruplarının fəaliyyətinin gücləndirilməsinə yönəlik düşərgə həyata keçirilib ki, növbəti mərhələlərdə təşəbbüs qrupları öz təhsil aldıqları ali təhsil müəssisələrində Qərbi Azərbaycana qayıdışla bağlı müxtəlif ideyaların reallaşdırılması istiqamətində çalışacaqlar”.

Məlumat görə, Ş.Rəhmanlı diqqətə çatdırıb ki, Azərbaycan ərazisi olan indiki Ermənistan ərazisində min illər boyu yaşayan soydaşlarımız etnik təmizləmə siyasətinin qurbanı olublar: “Həmçinin son əsrlər ərzində qərbi azərbaycanlıların mədəni irsinin məhv edilməsi erməni dövlət siyasəti səviyyəsində həyata keçirilib. Qərbi Azərbaycanlıların tezliklə öz tarixi torpaqlarına qayıdacağına əminliyini vurğulayan Şahin Rəhmanlı bu istiqamətdə “Qayıdış” konsepsiyasının önəmindən danışıb, gəncləri bu sahədə həyata keçirilən proseslərdə fəal iştiraka çağırıb”.

Daha sonra “Azərbaycan Jurnalistlər Şəbəkəsi” İB-nin sədri, “Nəsil Ağacı” filminin ssenari müəllifi Ayaz Mirzəyev və filmin prodüseri Elnur Niftəliyev çıxış edərək layihənin hazırlıq prosesindən söhbət açıblar. Natiqlər çıxışlarının sonunda gənclər üçün “Nəsil Ağacı” filminin nümayişinə görə “İRƏLİ” İctimai Birliyi və “Park Cinema” kinoteatrlar şəbəkəsinə minnətdarlığını bildiriblər.

Number of View: 2466