Qərbi Azərbaycanlıların deportasiyası barədə virtual muzeyin təqdimat mərasimi keçirilib

Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə Beynəlxalq Avrasiya Mətbuat Fondunun həyata keçirdiyi “Qərbi Azərbaycanlıların deportasiyası və soyqrımı ilə bağlı virtual muzeyin yaradılması” layihəsinin yekun təqdimat tədbiri keçirilib.

Tədbirin açılış nitqlərindən sonra layihə çərçivəsində hazırlanan “Deportasiya – Şahidlərin gözü ilə” adlı sənədli filmi nümayiş etdirilib. Ardınca isə virtual muzeyin “deport.az” saytının təqdimatı baş tutub və sayt haqqında ətraflı məlumat verilib.

Layihə çərçivəsində ilkin mərhələdə deportasiya hadisələrində zərər çəkmiş və canlı şahidlik etmiş 80 nəfər müsahibədə, 25 nəfər anket sorğuda, ümumilikdə isə həmin dövrə aid foto, məzun albomları və sənədlərini təqdim edənlərlə birlikdə 150-yə yaxın Qərbi azərbaycanlı virtual muzeyin formalaşmasında iştirak edib.

Hazırda muzeydə 300-dən çox foto və 200-ə yaxın sənəd toplanıb.

Number of View: 343