Özbəkistanda “İnsan hüquqlarının təmin edilməsində qeyri-hökumət qeyri-kommersiya təşkilatları və dövlət orqanlarının əməkdaşlığı” mövzusunda Qeyri-Hökumət Təşkilatlarının Milli Forumu keçirilib.
Forumda Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktorunun müavini Emil Çaparlı da iştirak edib.
Forumun məqsədi dövlət qurumları, institutlar və vətəndaş cəmiyyəti arasında ümumi kommunikasiya platforması hazırlamaqla insan hüquqlarının müdafiəsi üzrə qeyri-hökumət qeyri-kommersiya təşkilatlarının fəaliyyətinə dəstək mexanizmlərini daha da təkmilləşdirməkdir.
Forum çərçivəsində Azərbaycan və Özbəkistan arasında bu sahədə əməkdaşlıq imkanlarının genişləndirilməsinə dair müzakirələr də aparılıb.
Number of View: 308