“Məntiqi çərçivə” (“logframe”) nədir?

“Məntiqi çərçivə” cədvəli layihənin qısa xülasəsi və ya xəritəsi deməkdir. O, özündə layihənin hazırlanması, planlanması və monitorinqi ilə əlaqədar məlumatları ehtiva etməklə, layihənin icrasının qiymətləndirilməsi alətlərindən biridir. Cədvəlin əsasını düzgün formalaşdırılmış nəticələr zənciri, onların baza məlumatları, indikatorları, hədəfləri və güman edilən risklər təşkil edir.

“Məntiqi çərçivə” cədvəli layihənin idarəetmə prosesini, monitorinqini, qoyulmuş hədəflərə sonda çatıb-çatmamağı nümayiş etdirir.

“Məntiqi çərçivə” cədvəli hazırlanarkən qeyd olunan bu məlumatlar nəzərə alınmalıdır.

Layihənin idarə edilməsində, monitorinq və qiymətləndirmə prosesində hər hansı problemin qarşısını almaq üçün bu sənəd çox diqqətlə doldurulmalı və layihənin icrası prosesində daim nəzarətdə saxlanılmalıdır.

Nümunədə “məntiqi çərçivə” cədvəli təqdim olunur, cədvəl konkret faktlara əsaslanmır, metodiki dəstək məqsədilə verilir, məzmununu eyni ilə köçürməklə (“copy” edərək) istifadə qadağandır.

“Məntiqi çərçivə” 2024-cü ilin kiçik qrant müsabiqəsi üçün tələb olunmur.

Number of View: 335