“Nəsil ağacı” sənədli filminin təqdimatı olub

Noyabrın 5-də Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Azərbaycan Jurnalistlər Şəbəkəsi” İctimai Birliyi (AJN) tərəfindən hazırlanan Qərbi azərbaycanlıların doğma yurd yerlərinə qayıdış arzusu mövzusuna həsr olunmuş “Nəsil ağacı” adlı sənədli filmin təqdimat mərasimi keçirilib.

Qərbi Azərbaycandan deportasiya edilən bir sıra ailələrin hekayəsi əsasında hazırlanan ekran əsərində vurğulanır ki, XX əsrdə hazırkı Ermənistan ərazisindən azərbaycanlı əhali 4 dəfə kütləvi deportasiyaya məruz qalıb. Bu deportasiyalar zamanı yüzminlərlə soydaşımız öz doğma yurdlarından didərgin düşərək qaçqın həyatı yaşamağa məhkum olub.

Buna baxmayaraq, Qərbi azərbaycanlılar adət-ənənələrini qoruyub saxlayıb gələcək nəsillərə ötürürlər və daim öz doğma torpaqlarına qayıdacaqları günü ümidlə gözləyirlər.

Filmin çəkilişləri Bakıda, Gəncədə, Göygöl və Goranboyda lentə alınıb.

Filmin ssenari müəllifi Ayaz Mirzəyev, prodüseri Elnur Niftəliyevdir.

Number of View: 318