Anım günü ilə əlaqədar Fəxri xiyaban və Şəhidlər xiyabanları ziyarət olunub

Anım Günü ilə əlaqədar bu gün Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin kollektivi, 300-dən çox qeyri-hökumət təşkilatlarının nümayəndələri Fəxri xiyabanı, Şəhidlər xiyabanını və İkinci Şəhidlər xiyabanını ziyarət edib.

Bu barədə  Agentlikdən məlumat verilib.

Ziyarət zamanı Ulu Öndər Heydər Əliyevin xatirəsi ehtiramla yad edilib, Vətən uğrunda döyüşlərdə şəhid olan qəhrəmanların məzarlarına gül dəstələri düzülüb.

Bildirilib ki, bütün Azərbaycan bu igid övladları ilə fəxr edir, onlarla qürur duyur.

Number of View: 612