Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyində Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan Qeyri-hökumət təşkilatlarının qrant maliyyələşməsi ilə bağlı müsabiqənin keçirilməsi, maliyyələşdirilən layihələrin əlaqələndirilməsi və icrasına nəzarətin həyata keçirilməsi, icra olunan layihələrin monitorinqinin və qiymətləndirilməsinin aparılması qaydası ilə bağlı məlumatlandırma görüşü keçirilib.
Görüş “Zoom” platformasında onlayn formatda baş tutub.
Görüşdə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva, Agentliyin struktur bölmə rəhbərləri və 200-dən artıq QHT nümayəndəsi iştirak edib. Görüşə qoşulma bütün QHT-lər üçün sərbəst olub.
Agentlik tərəfindən QHT nümayəndələrinin yeni qaydalarla bağlı sualları cavablandırılıb, müvafiq izahat işləri aparılıb.
Agentlik yeni qaydalarla bağlı maarifləndirmə tədbirlərini davam etdirəcək.
Number of View: 492