Rauf Rəcəbov: Layihə çərçivəsində “Tərk edilmişlər” adlı qısa marifləndirici filmin çəkilişləri davam edir
“Azərbaycan Milli İnkişaf Layihəsi” İctimai Birliyi (AMİL) Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Məişət zorakılığı: ailəmizi qoruyaq!” adlı layihənin icrasını davam etdirir.
Layihə rəhbəri Rauf Rəcəbovun BAYRAQAR MEDİA-ya bildirdiyinə görə 3 ay müddətində (01 fevral-01 may 2023-cü il) icra olunacaq layihə çərçivəsində “Tərk edilmişlər” adlı qısa marifləndirici filmin çəkilişləri davam edir: “Filmdə mütəmadı olaraq məişət zorakılığının baş verdiyi bir ailənin dramı canlandırılır.
Zorakılığa məruz qalan ana (şərti adı Firuzə) və uşaqların (Fidan,Əli) şahidi olduqları zorakılıq halları, ananın çəkdiyi iztirablar, əzab və stress, uşaqların qorxu və həyəcanı aktyorların iştirakı ilə səhnələşdirilir”.
R.Rəcəbov qeyd edib ki, hər il dünyada 275 milyon uşaq ailədaxili şiddətə məruz qalır: “Bu hər 5 uşaqdan biri deməkdər. Heç kəsə sirr deyil ki, ailədaxili şiddətin uşaqlarin irəlləyən yaşlarında, səxsiyyətin formalaşmasında boyuk təsiri var. Mütəxəsisslərin sözlərinə görə bu təsir bir çox hallarda uzunmüddətli emosional və psixolojı travmalara gətirib çıxarır. Nəticədə, göstərilən şiddət uşaqlara qarşı yönəlməsə də, bundan ən çox zərər görən bir çox hallarda uşaqlardır. Şiddətə məruz qalan və ya şiddət göstərilən bir ailədə böyüyən uşaqlar, sağlam mühitdə böyüyən usaqlara nisbətən daha aqressiv olur və böyüdükcə başqa insanlarla ünsiyyət qurmaqda çətinlik çəkirlər”.
Qeyd edilib ki, məişət zorakılığına qarşı mübarizə sahəsinə həsr oluna film sosial şəbəkələrdə də yayımlanacaq: “Məqsəd sosial şəbəkələr vasitəsi ilə 2500-3000 insanın maarifləndirilməsi və onların əhatə dairəsini genişləndirməkdir”.
Number of View: 844