Vacib mövzular müzakirə edilib

 

Azərbaycanın bir sıra dövlət qurumlarının rəhbərlərinin də daxil olduğu nümayəndə heyəti Qazaxıstanda səfərdədir. Səfər zamanı bir sıra görüşlər keçirilib.

Bu barədə QHT-lərə Dövlət Dəstəyi Agentliyindən məlumat verilib.

Məlumatda deyilir ki, Qazaxıstanın informasiya və sosial inkişaf naziri Darxan Kıdırali ilə, Qazaxıstan İnformasiya və Sosial İnkişaf Nazirliyinin İnformasiya Komitəsinin sədri Eldos Nasirali və Qazaxıstan Prezidenti yanında Mərkəzi Kommunikasiya Xidmətinin direktoru Əsgər Umarovla görüşdə milli maraqların qorunması və mediada təbliği sahəsində ikitərəfli münasibətlərin formalaşdırılması mexanizmləri, qurumlararası təcrübə mübadiləsinin genişləndirilməsi və digər vacib mövzular müzakirə edilib.

Azərbaycan nümayəndə heyətinin Qazaxıstana səfəri davam edir.

Number of View: 571