Martın 31-də Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin ofisində Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı tədbir keçirilib.
Bu barədə Agentlikdən məlumat verilib.
Bildirilib ki, tədbir Agentliyin Müşahidə Şurasının üzvü Zaur İbrahimov tərəfindən açıq elan edilib: “Z.İbrahimov 1918-ci ilin 30 mart-3 aprel tarixləri arasında Bakı şəhərində və Azərbaycanın müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərində erməni silahlı qüvvələri tərəfindən törədilmiş soyqırımı hadisəsi ilə bağlı məlumat verib. Z.İbrahimov bildirib ki, Ulu Öndər Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti kimi 26 mart 1998-ci il tarixdə 31 mart tarixinin Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunması barədə Sərəncam imzalamışdır”.
Number of View: 829