Forum Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırmaq üçün geniş imkan yaradır

Cəsarət Hüseynzadə
Cəsarət Hüseynzadə

X Qlobal Bakı Forumu beynəlxalq nüfuzlu bir tədbirdir və bu, müzakirə olunan məsələlərin beynəlxalq çağırışlara adekvat olması ilə bağlıdır. Eyni zamanda tədbirdə təmsilçiliyin yüksək olması forumun nüfuzu ilə əlaqədardır. Qlobal Bakı Forumuna bir çox ölkələrin, eləcə də nüfuzlu beynəlxalq təşkilatların nümayəndələrin qatılması da bunun sübutudur. Tədbirdə 4 Prezident, 2 Baş nazir, 6 spiker və nazir, BMT-nin 5 qurumunun rəhbərliyi, 25 sabiq prezident, 21 sabiq baş nazir, 23 ölkənin xarici işlər nazirlərinin müavinləri olmaqla, ümumilikdə 61 ölkədən 360-dək nümayəndə iştirak edir.

QHT. az xəbər verir ki, bu sözləri “İnformasiya Təşəbbüslərinə Dəstək” İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə martın 9-da Bakıda işə başlayan “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumu barədə danışarkən deyib.

“Hesab edirəm ki, təmsilçiliyin yüksək səviyyədə olması həm də forumun Prezident İlham Əliyevin rəhbərliyi ilə keçirilməsi ilə bağlıdır. 2013-cü ildən keçirilən Forum hər zaman aktuallığını və nüfuzunu saxlayır. Bu platforma Azərbaycanın beynəlxalq təmsilçiliyi üçün də mühüm bir mexanizmdir, çünki burada beynəlxalq məsələlərlə əlaqədar dövlətimizin mövqeyi təqdim olunur. Həmçinin Forum Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırmaq üçün də geniş imkan yaradır. Forumun beynəlxalq media gündəliyinə düşməsi ölkəmiz haqqında daha çox məlumatların ötürülməsinə imkan yaradır”,- deyə C. Hüseynzadə bildirib

Number of View: 673