Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi “Müharibə iştirakçılarının sosial vəziyyətinin yaxşılaşdırılmasına dair təşəbbüslər” və “Məişət zorakılığına qarşı mübarizə və qadınlara qarşı ayrı-seçkiliyin aradan qaldırılması təşəbbüsləri” istiqaməti üzrə qrant müsabiqələrinin nəticələrini elan edib.
Bu barədə Agentlikdən məlumat verilib.
Bildirilib ki, qrant müsabiqəsinə “Müharibə iştirakçılarının sosial vəziyyətinin yaxşılaşdırılmasına dair təşəbbüslər” üzrə 66, “Məişət zorakılığına qarşı mübarizə və qadınlara qarşı ayrı-seçkiliyin aradan qaldırılması təşəbbüsləri” üzrə 105 layihə təqdim edilib: “Onlardan “Müharibə iştirakçılarının sosial vəziyyətinin yaxşılaşdırılmasına dair təşəbbüslər”ndə 31 fərdi, 7 koalisiya üzrə, “Məişət zorakılığına qarşı mübarizə və qadınlara qarşı ayrı-seçkiliyin aradan qaldırılması təşəbbüsləri”ndə isə 47 fərdi, 8 koalisiya istiqamətində layihələrin maliyyələşdirilməsi haqqında Agentliyin Müşahidə Şurası qərar qəbul edib”.
Məlumata əsasən qaliblərin siyahısı ilə bu link vasitəsilə tanış olmaq mümkündür.
Number of View: 778