Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı İctimai Birliyi tərəfindən “Vətəndaşların pozulmuş hüquqlarının bərpası üçün hüquqi yardımların təşkili vasitəsi ilə hüquq sistemi və qanunun aliliyi prinsipinin bərqərar olmasına dəstək verilməsi” layihəsinin icrasını davam edir.
Bu barədə İctimai Birlikdən məlumat verilib.
Bildirilib ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə reallaşan layihənin məqsəd və vəzifələri əsasən aşağıdakılardır: Keyfiyyətli hüquqi yardıma əlçatanlığın təmin edilməsi və sosial cəhətdən zəif müdafiə olunmuş digər insanların qanuni hüquq və maraqlarının daha səmərəli müdafiəsini təşkil edilməsi; Vətəndaşların pozulmuş hüquqlarının bərpası üçün müraciətlərin artması ilə hüquq sistemi və qanunun aliliyi prinsipinin bərqərar olmasına dəstək verilməsi; Pozulmuş hüquqların bərpa edilməsi üçün vətəndaşların hərəkətinin təşviq edilməsi.
Qeyd edilib ki, layihə çərçivəsində oktyabrın 22-də Mingəçevir şəhərində pulsuz hüquqi yardımın təşkili məqsədi ilə vətəndaşların qəbulu təşkil edilib. Qəbulda vətəndaşlara hüquqi yardım göstərilib, onların adından müvafiq ərizə müraciətlər tərtib edilib.
Number of View: 473