Layihənin icrası davam edir

Gənc Mühasiblər İctima Birliyi (GMİB) “Regionlarda qadınların maliyyə savadlılığının artırılmasına dəstək” layihəsinin icrasına davam edir. Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilir.

Bu barədə oktyabrın 18-də İctimai Birlikdən məlumat verilib.

Qeyd edilib ki, layihənin məqsədiölkə iqtisadiyyatına və ölkəmizdə qadınların, həm də gənc qızlarınmaliyyə savadlılığının artırılmasına dəstək göstərməkdir: “Bu məqsədlə Lənkəran, Masallı və Biləsuvar rayonlarında təlimlərin keçirilməsi nəzərdə tutulur. Ikinci təlim 13 oktyabr 2022-ci il tarixində Lənkəranşəhər Heydər Əliyev Mərkəzində baş tutub. GMİB-in sədri Solmaz Əliyevanın çıxışı ilə açıq elan edilən tədbirdə təlimçilər qismində Rəvan Cəfərli və Selcan Əlibəyova, ekspert qismində Qərənfil Rəhmanova iştikrak edib. Təlimdə Lənkıran şəhərində sahibkarlığa başlamaq istəyən və sahibkarlıq fəaliyyəti ilə məşğul olan qadınlar, xüsusilə də gənclər olmaqla15 nəfər iştirak edib”.

Təlim müddətində təlimçilər tərəfindən “Ağıllı büdcə”, “Ailə büdcəsinin idarə olunması”, “Gəlir və xərclərin planlaşdırılması, idarə olunması”, və s. mövzularda məlumatlar çatdırılıb. Sonda hər bir iştirakçıya Gənclərin Karyera və İnkişaf Mərkəzinin Lənkəran nümayəndəliyinin direktoru Famil Məmmədovun da iştirakçılığı ilə sertifikat təqdim olunub. Qeyd edək ki, layihə1 sentyabr 2022-ci il tarixindən 1 noyabr 2022-ci il tarixinə qədər müddəti əhatə edir”.

Number of View: 686