“30 il az bir müddət deyil. Təxminən Azərbaycanın müstəqilliyi ilə üst-üstə düşən bir dövr deməkdir”.
Bunu Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) prezidenti Umud Rəhimoğlu deyib.
BAMF-dan verilən məlumat görə, oktyabrın 14-də “Hilton” otelində Fondun 30 illik yubileyi ilə bağlı tədbir keçirilib.
Məlumata əsasən, tədbirdən öncə Fondun prezidenti Umud Rəhimoğlu jurnalistlərə açıqlama verib.
Qurumun rəhbəri bildirib ki, bu gün tədbirə tanınmış insanlar, beynəlxalq təşkilatların nümayəndələri, xarici ölkələrdən qonaqlar, dövlət xadimləri qatılıb: “30 il az bir müddət deyil. Bu, təxminən Azərbaycanın müstəqilliyi ilə üst-üstə düşən bir dövr deməkdir. Beynəlxalq Avrasiya Mətbuat Fondu anbaan, günbəgün Azərbaycanın problemlərinə, vətəndaşlarımızın, keçmiş məcburi köçkünlərin, işğaldan əziyyət çəkən və müharibə dövründə fədakarlıq edən digər insanlarımızın problemlərinə, fəaliyyətlərinin işıqlandırılmasına və onların həmrəy olmasına yönəlmiş fəaliyyət göstərib. Fondun 30 illik fəaliyyətində çox böyük zəhmət var”.
Məlumatda daha sonra deyilir ki, tədbir vətən müharibəsində şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Ardınca Azərbaycanın Dövlət Himni səsləndirilib.
Sonra BAMF prezidenti Umud Rəhimoğlu çıxış edib və “BAMF-ın Müşahidə şurasının sədri, Xalq yazıçısı Çingiz Abdullayev də tədbirin fəxri iştirakçılarını salamlayıb. O, da öz növbəsində yubileylə bağlı fikirlərini səsləndirib”.
Məlumata əsasən, tədbirin davamında BAMF-ın 30 illiyini əks etdirən sənədli film təqdim edilib: “Həmçinin, Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin müdir müavini Səadət Yusifova çıxış edib. Tədbirdə BMT-nin ölkə üzrə resident əlaqələndiricisinin əvəzi Guido Ambrozo, Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri, Milli Məclisin İnsan Hüquqları Komitəsinin sədri Zahid Oruc, Milli Məclisin üzvü, MM Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva, Mətbuat Şurasının sədri Rəşad Məcid, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva, BMT-nin QHT bölməsinin sabiq rəhbəri Andrey Abramov, Beynəlxalq Reytinq Mərkəzinin baş konsulu Aleksandr Rabinoviç, Etik Jurnalistika Şəbəkəsinin təsisçisi və fəxri prezidenti Eydn Uayt, Azərbaycan Minalardan Təmizləmə Agentliyi İdarə Heyətinin sədri (ANAMA) Vüqar Süleymanov, mədəniyyətşünaslıq doktoru, akademik, Rusiya Yazıçılar ittifaqının üzvü, professor Yuri Pompeyev, Qlobal Su, Ətraf Mühit və Sağlamlıq İnstitutunun (GIWEH) direktoru Nidal Salim, Türkiyə-Avropa Jurnalistlər Birliyinin sədri Adnan Fişenk kimi nüfuzlu şəxslər iştirak ediblər”.
Qeyd edilib ki, daha sonra Nobel mükafatı laureatı, professor Məhəmməd Yunusun təbrik mesajı video-formatda nümayiş olunub: “Eyni zamanda BMT Cenevrə ofisinin baş direktoru David Çikvaidze də BAMF-ın 30 illiyi münasibətilə təbrik edib. “Sülhün Kökləri” təşkilatının qurucusu Haydi Künün də yubileylə bağlı BAMF-a təbrik mesajı video görüntülərlə əksini tapıb”.
“Tədbirin davamında Mətbuat Şurasının sədri Rəşad Məcid çıxışında BAMF-ı yubiley münasibətilə təbrik edib. O, təşkilatın Prezidenti Umud Rəhimoğluna hədiyyə plaket bağışlayıb.
“Tədbirin gedişində BAMF-ın prezidenti Umud Rəhimoğlu və Əl-Cəzirə Media Şəbəkəsinin icraçı direktoru Mustafa Suaq arasında əməkdaşlıq memorandumu imzalanıb.
“Həmçinin BAMF-la Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva arasında da memorandum imzalanıb.
“Sonda tanınmış xanəndə, Əməkdar artist, BAMF-ın mədəniyyət elçisi Qoçaq Əsgərov bir-birindən gözəl ifaları ilə tədbir iştirakçılarına gözəl əhval-ruhiyyə bəxş edib.
“Xatırladaq ki, BAMF-ın qurulmasının 30 ili tamam olur. Fond 1992-ci ildə müstəqil qeyri-hökumət təşkilatı kimi yaradılıb, Azərbaycanda QHT-lər haqqında qanuna uyğun olaraq dövlət qeydiyyatından keçib”, – deyə məlumatda daha sonra bildirilib.
Number of View: 752