“Buraya gəlmək və gördüklərim, şübhəsiz ki, ürəkağrıdıcıdır. Edillidə gördüklərim, aşkar edilmiş kütləvi məzarlıqdakı cəsədlərin qalıqları – bütün bunlar mənə “Osventsim” həbs düşərgəsini xatırlatdı, “Osventsim”də ilk dəfə olarkən yaşadığım hissləri yaşadım”.
“Report”un Xocavəndə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Çexiyadan olan QHT nümayəndəsi Radek Smolka deyib.
Onun sözlərinə görə, artıq bir neçə dəfə Azərbaycanda olub və hər dəfə buradan qayıdanda ölkə həqiqətlərini başqaları ilə bölüşməyə çalışır.
“Ölkəmiz Azərbaycan həqiqətləri, Qarabağ hadisələri ilə bağlı həqiqətlər ilə qismən tanışdır, Çexiyada erməni təbliğatı o qədər də güclü deyil. Buna baxmayaraq, faciəli hadisələrlə bağlı həqiqətlər bütün insanların diqqətinə çatdırılmalıdır. Ona görə də ölkəmdən mümkün qədər çox insanın gəlib burada baş verənləri öz gözləri ilə görməsi və münaqişəni daha yaxşı başa düşməsi çox yaxşı olardı”, – o bildirib.
Number of View: 699