QHT sədri beynəlxalq konfransda iştirak edib

Danimarkanın Kopenhagen şəhərində özündə 40-dan çox ölkəni özündə birləşdirən Avropa Hemofiliya Konsorsiumunun konfransı keçirilib.

Konfransda Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının sədri Ayaz Hüseynov da iştirak edir.

Bu barədə QHT.az-a açıqlama verən təşkilat sədri qeyd edib ki, Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyası 1999-cu ildən birləşdirən Avropa Hemofiliya Konsorsiumunun rəsmi üzvüdür: “Ümumilikdə konfransda 33 ölkədən 300-dən çox iştirakçı qatılıb. İştirakçılardan Pasient təşkilatlarının rəhbər heyətləri və dünya şöhrətli alimlər iştirak edirlər. Konfransın əsas mövzularından Ultra nadir xəstəliklər, orda və yüngül formalı koaqulopatiyalar, Von Villebrand xəstəliyi, qadınlarda koaqulopatiyalar, qara ciyərin sağlamlığının qorunması, gen terapiyasında yeni nəaliyyətlər, yeni kliniki müalicədə əvəzedici və qeyriəvəzedici terapiya haqqında alimlər tərəfindən çıxışlar edilib”.

Bundan başqa Avropa Hemofiliya Konsorsiumunun yalnız üzv təşkilatlarının rəhbərləri ilə baş Ansambllıya keçirilib və cari məsələlər müzakirə edilib.

Number of View: 2562