Beynəlxalq Dialoq və İnkişaf Alyansı 20 noyabr 2020-ci ildə “BMT-nin qlobal sülh çağırışı və Ermənistanın işğalçı siyasəti” mövzunda onlayn-zoom konfrans keçirib.
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi ilə birgə təşkilatçılığı ilə Beynəlxalq Dialoq və İnkişaf Alyansı 20 noyabr 2020-ci ildə “BMT-nin qlobal sülh çağırışı və Ermənistanın işğal siyasəti” mövzunda onlayn-zoom konfrans keçirib.
Konfransı Beynəlxalq Dialoq və İnkişaf Alyansının sədri, tarix elmləri namizədi Nüşabə Məmmədova giriş nitqi ilə açaraq konfrans iştirakçılarını Azərbaycanın tarixi qələbəsi münasibətilə təbrik edib. O, çıxışında bildirib ki, Azərbaycan Respublikası Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bu müharibədə parlaq qələbə qazandı, torpaqlarımız işğaldan azad olundu. Cəmi 44 gün ərzində Ermənistanın məğlubedilməzlik sindromu tamamilə darmadağın edildi. Bu dövr ərzində 300-ə yaxın kənd, 5 şəhər, 4 qəsəbə, çoxsaylı strateji yüksəkliklər azad olundu.
Azərbaycan Dağlıq Qarabağın incisi olan Şuşa şəhərini, onun ardınca bir gündə 70-dən artıq kəndi, 8 strateji yüksəkliyi azad etməklə, Ermənistanı diz çökdürdü Döyüş meydanında qazanılmış qələbələr siyasi müstəvidə də qələbənin qazanılmasını şərtləndirdi. 30 ildir danışıqlar prosesində Ermənistan nail olmaq istədiklərinin heç birini əldə edə bilmədi, Dağlıq Qarabağın statusunun müəyyən edilməsi məsələsi birdəfəlik aradan qaldırıldı. Qarabağın bütün rayonları digər rayonlarımız kimi Azərbaycanın tərkibində olan ayrılmaz ərazimizdir.Ərazisi xeyli böyük olan Kəlbəcər, Ağdam və Laçın rayonları şəhid vermədən, qan tökülmədən geri qaytarılır. Azərbaycan həm döyüş meydanında, həm danışıqlar masası arxasında istədiyinə nail olub. Azərbaycandan Naxçıvana nəqliyyat dəhlizi açılması böyük strateji əhəmiyyətə malikdir” Nüşabə Məmmədova çıxışında bildirib. Həmçinin qeyd edib ki, Ermənistanın Azərbaycana qarşı işğalçı siyasəti ilə bağlı olaraq Beynəlxalq Dialoq və İnkişaf Alyansı 10 istiqamət, o cümlədən Ermənistanın işğal olunmuş Azərbaycan torpaqlarında Suriyadan, Liviyadan gətirilmiş ailələrin, həmçinin muzdurların yerləşdirilməsi, Tovuz istiqamətində hərbi təxribatlar və bunun beynəlxaq təhdidi, hərbi əməliyyatlardan uzaq məsafədə yerləşən mükli əhalinin ballistik raketlərlə hədəfə alınması, Gəncə, Bərdə və digər ərazilərə atılan raket və mərmi zərbələri nəticəsində 100-ə yaxın mülki şəxslərin öldürülməsi, 400-dən çox mülki şəxsin yaralanması, mülki infrastrukturların dağıdılması bağlı 200-dən çox ünvanlara, o cümlədən beynəlxalq təşkilatlara, AŞPa Parlament üzvlərinə, ABŞ senatorlara, ATƏT Parlament üzvlərinə xarici dövlət qurumlarına məlumatlar, bəyanatlar, müraciətlər edilmişdir.
Konfransda Azərbaycan Respublikası Milli Məclisinin deputatı, siyasi elmləri doktoru, professor, cənab Elman Nəsirov, Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri, cənab İlqar Məcidov çıxış edərək BMT-nin qlobal sülh çağırışı, beynəlxalq qanunlar və Ermənistanın beynəlxaq hüququn norma və prinsiplərinə əhəmiyyət verməməsi, Azərbaycanın hərbi yolla torpaqlarının işğaldan azad edilməsi ilə bağlı faktları öz məruzələrində qeyd ediblər. Konfransda Azərbaycan Milli QHT Forunun idarə heyətinin sədr müavini İradə Rzazadə, Rusiya üzrə diaspora təşkilatının nümayəndəsi, Orta Asiya ölkələri üzrə diaspora təşkilatının nümayəndəsi və digər şəxslər çıxış etmişlər. Konfransda Azərbaycan Respublikası Xarici İşlər Nazirliyini nümayəndəsi, xarici diplomatik korpus nümayəndələri iştirak etmişdir.
Konfransda “THE UN’S CALL FOR A GLOBAL PEACE & ARMENIA’S OCCUPATION POLICY” mövzusunda sənədli film nümayiş olunmuşdur.
Number of View: 1783