QHT “Vətənpərvər kimdir?” sorğusunun nəticələrini açıqlayıb

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası tərəfindən icra olunan və Azərbaycan Gənclər Fondu tərəfindən dəstəklənən gənclər təşkilatlarından ibarət “İctimai nəzarət qruplarının vətənpərvərlik  istiqamətində fəaliyyəti” layihəsi çərçivəsində Milli Şuranın üzvü “Gənc Vətənpərvərlər İctimai Birliyinin könüllü üzvləri Bakı şəhərinin Nəsimi, Səbayil, Yasamal və Xətai rayonlarında Ermənistan Respublikası tərəfindən işğal olunmuş Dağlıq Qarabağ və ona bitişik rayonlarda həyata keçirilən erməni vandalizmi və işğalçılıq siyasəti barədə ictimaiyyətin geniş miqyasda maarifləndirilməsini və respondentlər arasında “Vətənpərvər kimdir?” sosioloji sorğusunun nəticələri açıqlanıb.

Əsas məqsədi gənclərin vətənpərvərlik haqqında təsəvvürlərini və bu sahədə mövcud olan problemləri öyrənmək, eləcə də bunun nəticəsi olaraq tədbirlər planı hazırlamaq olan sorğu əsasən 14-25 yaş həddində 500-dən artıq gənci əhatə edib.

Bakı şəhərində keçirilən sorğunun nəticələri belədir:

– Sorğunun “Vətənpərvərlik deyiləndə nə başa düşürsünüz?” sualına “90% vətənə məhəbbət hissi, 95% vətəni hər yerdə təbliğ etmək, 99% vətəni qorumaq, 2% daxili hiss cavablarını veriblər. “Gənclərimizdə vətənpərvərlik hisslərini necə qiymətləndirirsiz?” sualına isə 5% ürəkaçan deyil , 95% ürəkaçandır, ürəkaçan olmamasının əsas səbəbi kimi gənclərin Vətən və vətənpərvərlik anlayışları haqqında düzgün təsəvvürə malik olmadıqlarını və laqeyid olduqlarını qeyd ediblər.

“Vətənpərvərlik hissi necə formalaşmalıdır?” sualına cavablar isə belə olub: 80% ailədə, 85% orta məktəbdə, 30% ali təhsil ocaqlarında, 55% ictimai təsisatlar vasitəsilə, 80% insanın öz daxilində.

GVİB könüllüləri tərəfindən keçirilən sorğu vasitəsi ilə gənclərin vətənpərvərlik anlayışını necə qəbul etdiklərini, digər fikir və təkliflərini toplamaq, bunları analiz etmək, sonda ilk olaraq gənclərin vətənpərvərlik şəbəkələrinin və dərnəklərinin yaradılması planlaşdırır.

Number of View: 1731