Bakı, CASCFEN, 15.07.2015 – Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi (CASCFEN) Azərbaycan Respublikası Prezidentinin yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımıyla “Müəllimlər üçün onlayn ifadə azadlığı mədəniyyəti üzrə seminarlar”ını avqustun 04-də İsmayıllıda, 07-də Şamaxıda və 10-da Qubada təşkil edəcək. Seminarlarda adı çəkilən rayonların və ətraf rayonların müəllimləri iştirak edə bilər.
Seminarlarda aşağıdakı mövzulara yer veriləcək:
1. İfadə azadlığının təmin edilməsində Azərbaycanın da tərəfdar çıxdığı beynəlxalq normalar;
2. Azərbaycan qanunlarında ifadə azadlığının təminatı;
3. İfadə azadlığından sui-istifadə hallarının yaratdığı məsuliyyət;
4. Sosial şəbəkələr və digər onlayn platformalarda ifadə azadlığı mədəniyyəti – netiket;
5. Netiketin pozulma halları və onların aradan qaldırılması;
6. Tədris prosesində onlayn mənbələrlə iş zamanı netiketə əməl edilməsi;
7. Örnəklər üzərində iş.
Seminarlara yalnız orta məktəb müəllimləri qatıla bilər. Yerlər məhdud olduğu üçün ilk müraciət edənlərə üstünlük veriləcək. Hər seminarda 25 nəfərin iştirakı nəzərdə tutulur. Sonda iştirakçılar CASCFEN-in sertifikatını alacaq. Seminar ödənişsizdir.
Qatılmaq istəyənlərin ən geci seminarın keçiriləcəyi günə 5 gün qalmış bu ünvanlardan birinə müraciət etməsi xahiş olunur: info@cascfen.net və ya azer@azerhasret.com.
Lütfən, CV və ya bioqrafiya göndərməyin.
Müraciət edərkən e-məktubun mövzu yerinə İsmayıllı üçün “İsmayıllıda seminar”, Şamaxı üçün “Şamaxıda seminar” və Quba üçün “Qubada seminar”, mətn yerinə isə ad, soyad, işlədiyiniz məktəb, dərs dediyiniz fənn və iş stajı bilgilərinizi tək bir sətirdə yazmaqla göndərin.
Təşkilatın saytı: www.cascfen.net.
Layihə rəhbəri: Azər Həsrət – www.azerhasret.com +994 50 335 2795
CASCFEN Mətbuat Xidməti
Number of View: 13829