Bakı, CASCFEN, 30.06.2015 – Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi (CASCFEN) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımıyla “Müəllimlər üçün onlayn ifadə azadlığı mədəniyyəti üzrə seminarlar”ın növbətisini iyulun 10-da Sumqayıtda təşkil edəcək. Seminarda Sumqayıt və ətraf rayonların müəllimləri iştirak edə bilər.
Seminarda aşağıdakı mövzulara yer veriləcək:
- İfadə azadlığının təmin edilməsində Azərbaycanın da tərəfdar çıxdığı beynəlxalq normalar;
- Azərbaycan qanunlarında ifadə azadlığının təminatı;
- İfadə azadlığından sui-istifadə hallarının yaratdığı məsuliyyət;
- Sosial şəbəkələr və digər onlayn platformalarda ifadə azadlığı mədəniyyəti – netiket;
- Netiketin pozulma halları və onların aradan qaldırılması;
- Tədris prosesində onlayn mənbələrlə iş zamanı netiketə əməl edilməsi;
- Örnəklər üzərində iş.
Seminara yalnız orta məktəb müəllimləri qatıla bilər. Yerlər məhdud olduğu üçün ilk müraciət edənlərə üstünlük veriləcək. Seminarda 25 nəfərin iştirakı nəzərdə tutulur. Sonda iştirakçılar CASCFEN-in sertifikatını alacaq. Seminar ödənişsizdir.
Qatılmaq istəyənlərin ən geci 05 iyul tarixinə qədər bu ünvanlara müraciət etməsi xahiş edilir: info@cascfen.net və ya azer@azerhasret.com.
Lütfən, CV və ya bioqrafiya göndərməyin. Müraciət edərkən e-məktubun mövzu yerinə “Sumqayıtda seminar”, mətn yerinə isə ad, soyad, işlədiyiniz məktəb, dərs dediyiniz fənn və iş stajı bilgilərinizi tək bir sətirdə yazmaqla göndərin.
Təşkilatın saytı: www.cascfen.net.
Layihə rəhbəri: Azər Həsrət – www.azerhasret.com +994 50 335 2795
CASCFEN Mətbuat Xidməti
Number of View: 16796