CASCFEN rəhbərliyi istefaya göndərildiThe CASCFEN leadership has been sent to resign

Sonuncu İH toplantısından bir şəkil
Sonuncu İH toplantısından bir şəkil

Bakı, CASCFEN, 28.04.2014 – Sədr Azər Həsrət də daxil olmaqla Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin (CASCFEN) İdarə Heyəti istefaya göndərilib. Bu haqda qərar qurumun ötən həftə sonu keçirilmiş İdarə Heyətinin toplantısında verilib.

Təşkilatdan verilən xəbərə görə, İdarə Heyəti özünün son toplantısında üzvlük üçün müraciətlərə də baxıb. Daha bir neçə nəfər yekdilliklə CASCFEN üzvlüyünə qəbul edilib:

Dr. Pərvanə Məmmədli – AMEA Nizami ad. Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, jurnalist
Hədiyyə Şəfaqət – şair (Şəki)
Rafiq Vaqifoğlu – gənc ifadə azadlığı fəalı (Yevlax)
Mehman Həsən – AMEA Nizami ad. Ədəbiyyat İnstitutunun doktorantı, jurnalist

İdarə Heyəti, üzvlüyü müddətində CASCFEN-lə heç bir formada əlaqə saxlamayan, təşkilatın tədbirlərinə, eyni zamanda ifadə azadlığı mədəniyyətinin yüksəldilməsi istiqamətində müəyyən edilən fəaliyyətlərə qatılmayan 4 nəfəri qurumun üzvlüyündən xaric edib. Yeni üzvlərin qəbulu və eyni sayda üzvün xaric edilməsilə CASCFEN üzvlərinin ümumi sayı 136 nəfər təşkil edib.

Təşkilatın İdarə Heyəti qurultuya hazırlıqla bağlı sonuncu müzakirəni də aparıb və bununla da öz işini başa çatdırıb. Sonda qurumun İdarə Heyətinin buraxılması, sədr Azər Həsrətin səlahiyyətlərinə xitam verilməsi haqqında qərar qəbul edilib. Qurultaya qədər CASCFEN-in təmsilçilik hüququ İdarə Heyətinin artıq keçmiş üzvü, Prof. Dr. Ramiz Əskərə həvalə edilib.

Qeyd edək ki, CASCFEN-in qurultayı bu il 3 may – Dünya Mətbuat Azadlığı Günü Bakı şəhərində, Beynəlxalq Mətbuat Mərkəzində keçiriləcək. Qurultay öz işinə saat 11-də başlayacaq. Ali tədbirdə hesabatlar dinləniləcək, CASCFEN-in yeni sədri, İH və NTK üzvləri seçiləcək.

CASCFEN Mətbuat Xidməti

Just a photo from last Board meeting
Just a photo from last Board meeting

Baku, CASCFEN, 28.04.2014 – The Central Asian and Southern Caucasian Freedom of Expression (CASCFEN) Board members, including a chairman Azer Hasret has been sent to resign. This decision was taken on Board meeting held last weekend.

According to press-release, disseminated by CASCFEN the Board in its last meeting had considered the applications for membership. The following 4 persons have been accepted to CASCFEN membership unanimously:

Dr. Parvana Mammedli – senior scientific officer at the Institute of Literature of the Azerbaijan National Academy of Sciences, a journalist
Hadiyya Shafaqat – poetess (Shaki city)
Rafiq Vaqifoglu – young freedom of expression activist (Yevlakh city)
Mehman Hasan – PhD. student at the Institute of Literature of the Azerbaijan National Academy of Sciences, a journalist

The Board decided to dismiss 4 CASCFEN members for their inactivity as well. The decision was made based on those 4 members` inactivity in the organization and lost connections with CASCFEN.

After getting 4 new members and dismissing 4 actual members CASCFEN has 136 individuals in its membership.

The Board of CASCFEN has discussed the preparation to the upcoming Congress as well. Afterwards the Board itself was dismissed and CASCFEN chairman Azer Hasret has sent to resign. Prof. Dr. Ramiz Asker, already a former Board member was chosen to represent the CASCFEN until the Congress.

We shall note that the CASCFEN Congress is to be held on May 3, 2014 – World Press Freedom Day in Baku International Press Center. The congress starts its work at 11 o`clock. The highest event of the organization will elect new chairman and Board members, and new members to the Control Revision Commission.

CASCFEN Press Center

Number of View: 40580