Bakı, CASCFEN, 10.03.2014 – Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin (CASCFEN) sədri Azər Həsrət gənc fəal Mehman Həsəni ictimai əsaslarla qurumun icraçı direktoru təyin edib.
Martın 10-dan işə başlayan Mehman Həsən ixtisasca filoloqdur. Bakı Dövlət Universitetinin Filologiya Fakültəsini bitirib (magistr). Hazırda isə Azərbaycan Milli Elmlər Akademiyasının Nizami ad. Ədəbiyyat İnstitutunun türk xalqları ədəbiyyatı ixtisası üzrə doktorantıdır.
Mehman Həsən bir sıra gənclər təşkilatlarında fəaliyyət göstərib. Üstəlik altı ildir ki, müxtəlif media qurumlarında jurnalist kimi çalışır.
CASCFEN Mətbuat Xidməti
Baku, CASCFEN, 10.03.2014 – The Central Asian and Southern Caucasian Freedom of Expression Network (CASCFEN) Chairman Azer Hasret has appointed a youth activist Mehman Hasan as a new executive director.
Mehman Hasan, who started his new position on March 10, 2014 is a Philologist by profession. He has graduated from Baku State University Faculty of Philology. Now is studying PhD at the Institute of Literature named after Nizami in the National Academy of Sciences of Azerbaijan on the subject of the literature of Turkish people.
Mehman Hasan has acted in several youth organizations. Plus he is already 6 years active in journalism field as well.
CASCFEN Press Service
Number of View: 46443