CASCFEN Milli Mətbuat Gününü işgüzar naharla qeyd etdiCASCFEN marks National Press Day with business lunch

İşgüzar nahardan görüntü
İşgüzar nahardan görüntü

Bakı, CASCFEN, 22.07.2013 – Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi (CASCFEN) 22 İyul Azərbaycan Jurnalistikası (Milli Mətbuat) Gününü özünəməxsus şəkildə qeyd edib.

Təşkilatın İdarə Heyəti Bakıdakı Royal Hoteldə bu günün şərəfinə nahar təşkil edib. CASCFEN-in bəzi təşkilati məsələlərinin də müzakirə edildiyi nahara xaricdən qonaqlar da qatılıb.

Qurumdan verilən xəbərə görə, CASCFEN İdarə Heyəti ötən dövrə qısa nəzər salıb, təşkilatın ötən bir il ərzində qazandığı nailiyyətlər haqqında danışılıb. Təklif edilib ki, qurumun formalaşmasında və populyarlaşmasında xüsusi xidmətləri olan CASCFEN təmsilçiləri diplomla təltif edilsin.

İH üzvlərinin yekdil qərarı ilə CASCFEN-in Orta Asiya üzrə baş təmsilçisi Ramiz Məşədihəsənli Qazaxıstan və Qırğızıstandakı fəaliyyətlərinə görə qurumun diplomu ilə təltif edilib. Eyni zamanda təşkilatın Qarabağ üzrə təmsilçisi Həcər Əsgərova, Yevlaxdan olan fəalı Zülfiyyə Əliqızı və Şimal rayonları üzrə təmsilçisi Aqşin Dadaşoğlu diploma layiq görülüb. Diplomların yaxın günlərdə təqdim edilməsi qərara alınıb.

Toplantıya qatılmış Almaniyalı qonaqlar – Türkiyədə dərc edilən “Törə” dərgisinin Almaniya təmsilçisi, şairə və yazar Şəfəq Azər, həmçinin Volkswagen (Folksvagen) Avtomobil Şirkəti Texnoloji İnkişaf Şöbəsinin müdiri Dr. Pərviz Arzumanoğlu CASCFEN-ə öz xoş arzularını çatdırıblar.

Naharda CASCFEN sədri Azər Həsrət, xanımı Almaz Həsrət və qonaqlarla bərabər sədr müavinləri Nadir Azəri və Rey Kərimoğlu, İH üzvləri – Prof. Dr. Ramiz Əskər, Qalib İbrahimoğlu və Elşad Paşasoy, eyni zamanda CASCFEN Məclisinin sədri Aqil Camal və Nəzarət Təftiş Komissiyasının sədri Sevda Əsgər iştirak edib. İH üzvlərindən Dr. Nüşabə Hüseynli, Səhər Əhməd və Lalə Musaqızı üzrlü səbəbdən toplantıya qatıla bilməyib.

CASCFEN Mətbuat Xidməti

A view from the business lunch
A view from the business lunch

Baku, CASCFEN, 22.07.2013 – Central Asian and Southern Caucasian Freedom of Expression Network (CASCFEN) has marked the 22nd of July – National Press (Azerbaijani Journalism) Day`s 138th anniversary in a special form.

The Board of the Organization has arranged a business lunch at the Baku Royal Hotel to honor this day. Some foreign guests have joined the lunch as well where some organizational issues were discussed.

According to news delivered by the organization the Board members of CASCFEN have reviewed the prior period and spoke on successes of the Network. It was suggested to reward diplomas to some members for their contributions in organization building and popularization of CASCFEN.

Based on the unanimous decision of the Board members the senior representative of CASCFEN in Central Asia Ramiz Mashadihasanli was awarded with a diploma for his fruitful activities in Kazakhstan and Kyrgyzstan. At the same time the representative in Karabakh region Hajer Askerova, the activist in Yevlakh region Zulfiyye Aliqizi and the representative in Northern region Aqshin Dadashoglu were awarded with the diplomas. The diplomas will be submitted in coming days.

The guests from Germany – a poetess and writer, the representative of Turkey based “Töre” magazine in Germany Shafaq Azer and Dr. Parviz Arzumanoglu, the head of the Technological Development Section at Volkswagen Group have expressed their good wishes to CASCFEN members on the eve of National Press Day.

Alongside with CASCFEN chairman Azer Hasret, his wife Almaz Hasret and the guests deputy chairmen Nadir Azeri and Rey Kerimoglu, the Board members – Prof. Dr. Ramiz Asker, Qalib Ibrahimoglu and Elshad Pashasoy, CASCFEN Assembly chairman Aqil Jamal and Control Revision Commission`s chairwoman Sevda Asker have attended the lunch. The Board members – Dr. Nushabe Huseynli, Saher Ahmed and Lale Musaqizi have not joined the lunch due to respective reasons.

CASCFEN Press Service

Number of View: 40756