Bakı, CASCFEN, 17.07.2013 – Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi (CASCFEN) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının ayırdığı qrant əsasında layihənin icrasını davam etdirir. «Söz azadlığı mədəniyyətinin təbliği» mövzusunda gerçəkləşdirilən layihə çərçivəsində iyulun 28-də Tərtərdə, avqustun 4-də isə Yevlaxda konfransın keçirilməsi nəzərdə tutulur.
Artıq layihənin yerlərdə icrası ilə bağlı hazırlıq işləri yekunlaşmaqdadır. Bu məqsədlə CASCFEN sədrinin müavinləri – layihənin rəhbəri Rey Kərimoğlu Tərtərə, koordinatoru Nadir Azəri isə Yevlaxa səfər edib. Hər iki təmsilçi yerli fəallar, müvafiq strukturlar və CASCFEN-in üzvləri ilə görüşüb, tədbirlərin yüksək səviyyədə təşkili üçün məsləhətləşmələr aparıblar.
Rey Kərimoğlu bildirib ki, Tərtərdə hazırlıq işləri tam olaraq başa çatıb və nəzərdə tutulan gün tədbirin keçirilməsi üçün heç bir əngəl yoxdur.
Yevlaxda səfərdə olan Nadir Azəri isə burada təşkilatın yerli üzvləri ilə görüşərək hazırlıq məsələlərini müzakirə edib. Görüşdə eyni zamanda, CASCFEN-in noyabrda keçirilməsi planlaşdırılan qurultayı ilə bağlı məsələ də müzakirə olunub. Əyalət təmsilçiləri fürsətdən yararlanaraq qurultayda müzakirə ediləcək məsələlərlə bağlı fikir və təkliflərini də bildiriblər. Müvafiq strukturlarla da görüşən Nadir Azəri bildirib ki, Yevlaxda da tədbirə hazırlıq işləri başa çatıb.
CASCFEN Mətbuat Xidməti
Baku, CASCFEN, 17.07.2013 – The Central Asian and Southern Caucasian Freedom of Expression Network (CASCFEN) continues implementation of project with financial support by the NGO Support Council of Azerbaijan. It is planned to conduct two conferences in the regions of Azerbaijan in the framework of the project titled “Propaganda of Freedom of Expression Culture”. The 1st event will be conducted in Tartar region on July 28 and the 2nd one is going to be conducted on August 4, 2013 in Yevlakh region.
The preparatory works in the regions are already reaching the end. For this goal the two deputy chairmen of CASCFEN – the project head Rey Kerimoglu and the coordinator of the project Nadir Azeri have travelled to Tartar and Yevlakh respectively. Both of them have met the local activists, suitable local structures and the members of CASCFEN to discuss implementation of the events in the region. They have conducted consultations with local representatives as well.
Rey Kerimoglu has told that the needed preparatory works in Tartar region are finished already and they can conduct the event as is planned.
Nadir Azeri, who travelled to Yevlakh also met the local activists, members of CASCFEN and suitable structure representatives and led consultations on the implementation of the project. Using this opportunity the members of CASCFEN from this region raised issues in regard to organization`s Congress planned for November this year. They have expressed their wishes and proposals.
Nadir Azeri has told that the preparatory works in Yevlakh are concluded as well.
CASCFEN Press Service
Number of View: 53335