ATƏT-in media azadlığı üzrə nümayəndəsi deyir ki, Azərbaycan təhqir və böhtanın cinayət hesab edilməməsi ilə bağlı vədini yerinə yetirmir
ATƏT, San Xose (Kosta Rika), 02.05.2013 – ATƏT-in media azadlığı üzrə nümayəndəsi Dunja Mijatović bu gün Azərbaycan cinayət məcəlləsinə təklif edilən əlavələrlə bağlı dərin rahatsızlıq ifadə edib. Əlavələrə görə böhtan və təhqir cinayət tərkibi hesab edilməklə bərabər onlayn mediaya da şamil olunacaq.
“Prezident İlham Əliyev tərəfindən 2006-cı ildə elan edilən “İnsan haqları üzrə milli fəaliyyət planı” təhqir və böhtanı cinayət kateqoriyasından çıxarmaqla bağlı addımları ehtiva edir. Baş prokuror tərəfindən təklif edilən əlavələr isə bunun əksinə gedir. Mən özəlliklə də bütün giriş imkanı olan onlayn resursların bu əlavələr təsir dairəsinə aid edilməsi cəhdlərindən rahatsızam”, – deyə Mijatović bildirib.
“Mən Azərbaycan hökumətini söz deməyin cinayət hesab edilməsinə qarşı vədini yerinə yetirməyə çağırıram”, – Dunja Mijatović deyib. “Mənim ofisim bu məsələdə yardımı davam etdirməyə hazırdır.”
Hazırkı qanun böhtan və təhqirə görə üç ilədək həbs nəzərdə tutur. ATƏT-in Bakıdakı təmsilçiliyi və ATƏT media azadlığı nümayəndəliyi tərəfindən dəstəklənən Azərbaycan Mətbuat Şurası 2006-cı ildən bəri böhtan və təhqirin cinayətə aid edilməməsi üzərində işləyir.
Dunja Mijatović Dünya Mətbuat Azadlığı Gününü qeyd etmək üçün San Xose şəhərindədir.
İngiliscədən tərcümə: CASCFEN
OSCE media freedom representative says Azerbaijan falls short on promise to decriminalize defamation
OSCE, SAN JOSÉ (Costa Rica), 02.05.2013 – The OSCE Representative on Freedom of the Media, Dunja Mijatović, today expressed deep concern about proposed amendments to the Criminal Code of Azerbaijan which would keep defamation as a criminal offence and extend its reach to online media.
“The National Action Plan on Human Rights that was decreed by the President Aliyev in 2006 prescribes steps to decriminalize defamation. The amendments, proposed by the Prosecutor General, go in the opposite direction. In addition, I am especially concerned about the provision to include all publicly accessible online resources,” Mijatović said.
“I call on the government of Azerbaijan to keep its promise to continue the process to decriminalizing speech offences,” Mijatović said. “My office is ready to further assist in this process.”
The current law provides for up to three years in jail for criminal defamation convictions. The OSCE office in Baku and the press council of Azerbaijan, supported by the Office of the Representative on Freedom of the Media, has been working since 2006 on decriminalizing defamation in Azerbaijan.
Mijatović is in San José attending commemoration of the World Press Freedom Day.
Number of View: 20049