Azərbaycan jurnalistləri 3 may Ümumdünya Mətbuat Azadlığı Gününü qeyd etdiAzerbaijani journalists marked the 3 May World Press Freedom Day

Tədbirdən görüntü

Bakı, JuHİ, 02.05.2013 – Bu gün Azərbaycan Mətbuat Şurası 3 may Beynəlxalq Söz Azadlığı Gününə həsr edilmiş geniş toplantı keçirib. Toplantıya, Azərbaycanın populyar çap, elektron və internet media təmsilçiləri, jurnalist təşkilatlarının rəhbərləri, həmçinin, ATƏT-in Bakı ofisinin rəhbəri və rəsmi dövlət qurumlarının təmsilçiləri qatıldılar.

Toplantıda Azərbaycanda soz azadlığı mühiti, jurnalist təhlükəsizliyi, media qanunvericiliyinin təkmilləşdirilməsi, diffomasiya qanununun qəbul edilməsi, jurnalistlərin sosial durumları, KİV-lərin reklam problemləri kimi aktual mövzular müzakirə edilib.

Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov, Milli Teleradio Şurasının sədri Nuşirəvan Məhərrəmli, Azərbaycan Respublikasının Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli, Prezident Administrasiyasının media sektorunun müdiri Vüqar Əliyev, ATƏT-in Bakı Ofisinin rəhbəri Koray Torqay məruzə edərək 3 may Gününün mahiyyəti və Azərbaycanda media mühitinin hazırki durumu barədə fikirlərini bölüşüblər.

Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov media qanunvericiliyi və diffomasiya qanununun qəbul edilməsi yönündə görülən işlər barədə məruzə edib. O, toplantı iştirakçılarının çoxsaylı suallarını cavablandırıb.

Tədbirin sonunda söz azadlığı yönündə problemlərin aradan qaldırılmasını, diffamasiya qanununun qəbulunu, jurnalist təhlükəsizliyinin təmin edilməsini ehtiva edən bəyənnamə qəbul edilib.

Məlumat üçün bildirək ki, Azərbaycan Mətbuat Şurası medianın özünütənzimləmə mexanizmi kimi 2003-cü ildə yaradılıb. 2012-ci ilə qədər 200-ə yaxın qəzet, jurnal və informasiya agentliyi Mətbuat Şurasının təsisçiləri və üzvləri olublar. 2013-cü ildə isə, internet media vasitələrinin də Mətbuat Şurasının təsisçiləri və üzvləri sırasına qatılmasına qərar verilib. Qısa müddətdə 10-a yaxın internet media Şuranın üzvlüyünə qəbul edilib.

Mətbuat Şurası Azərbaycan Jurnalistlərinin ümumi qurultayında seçki vasitəsi ilə müəyyənləşən 15 nəfərlik İdarə Heyəti tərəfindən idarə olunur. JuHİ sədri Mushfig Alasgarli Mətbuat Şurası İdarə Heyətinin üzvü, Şura sədrinin müavinidir.

Tədbirdən görüntü
A photo from the event

Baku, JuHI, 02.05.2013 – Today, the journalist organizations represented in the Press Council of Azerbaijan (JuHI included), held an extensive meeting on 3 May, ‘The World Press Freedom Day’. The meeting gathered representatives of popular print, electronic and internet media in Azerbaijan, heads of journalist organizations, also, the head of OSCE Baku office and the government representatives.

During the meeting, actual problems in Azerbaijan like the freedom of expression environment, journalists’ safety, improving media legislation, adopting defamation law, social conditions of journalist, advertising problems in media were discussed.

The head of Press Council Aflatun Amashov, head of National Television and Radio Broadcasting Council Nushiravan Meherremli, executive-director of State Support Fund for Development of the Media under the President of the Republic of Azerbaijan Vugar Safarli, head of media sector at the Presidential Administration Vugar Aliyev, head of OSCE Baku office Koray Torgay gave speeches and shared their ideas regarding the essence of ‘The World Press Freedom Day’ and current situation in Azerbaijani media environment. Head of Social and Political Department of Presidential Administration Ali Hasanov spoke about the work done regarding media legislation and adopting the defamation law. He gave answers to wide variety of questions from the meeting participants.

At the end of meeting, a declaration including articles for solution of freedom of expression problems, adopting defamation law, providing safety for journalist was signed.

For your information, The Press Council of Azerbaijan was established as the self-regulation body for media in Azerbaijan in 2003. By the 2012, around 200 newspapers, journalist and information agencies become founders and members of the Council. In 2013, it was decided to accept internet media bodies as Council members. In a short period of time, around 10 internet media bodies became members.

The Press Council of Azerbaijan is managed by the Board of 15 people elected by the General Meeting. JuHI chairman Mushfig Alasgarli is a board member and Deputy-Chairman of the Press Council.

For further information about this news release, please contact Mushfig Alasgarli, deputy-chairman of the Press Council of Azerbaijan, Chairman of Journalists’ Trade Union of Azerbaijan (JuHI).

A photo from the event

Number of View: 17519