CASCFEN yeni üzvlər qəbul etdi, qurultay qərarı verdiCASCFEN gets new members, decides to conduct the Congress

Toplantıdan görüntülər

Bakı, CASCFEN, 08.04.2013 – Ötən şənbə günü Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi (CASCFEN) İdarə Heyətinin növbəti toplantısında qurumun fəaliyyəti dəyərləndirilmiş, yeni qərarlar qəbul edilmişdir.

Təşkilatın 10 illik yubiley tədbirinin yüksək səviyyədə təşkilindən danışan İH üzvləri bu işdə yaxından iştirak etmiş qurum üzvlərinə, özəlliklə də təşkilatın fəallarından olan Şəmistan Əlizamanlı, Mənsurə Rəsulzadə, Könül Vəlibəyli və Səidə Haqverdiyə ayrıca təşəkkür ifadə etmişlər.

Daha sonra CASCFEN üzvlüyü üçün müraciət etmiş 9 nəfərin ərizələri tək-tək nəzərdən keçirilmiş və onların hamısı qurumun üzvləri sırasına qəbul edilmişdir:

Gülnar Məsimli – “Naşir” jurnalının baş redaktoru
İbrahim İlyaslı – Əli Kərim adına Sumqayıt Şəhər Poeziya Klubunun direktoru
Kəbutər Haqverdi – jurnalist, Türkiyə Azərbaycan Birliyinin həmsədri (İstanbul)
Ramilə Qurbanlı – APA TV-nin redaktoru
Samirə Həsənbalaqızı – gənc fəal (Mingəçevir)
Samirə Məmmədhənifəqızı – “Bakı xəbər” qəzeti baş redaktorunun müavini
Şakir Rəhman – müstəqil fotoqraf-dizayner (Sumqayıt)
Türkan Fikrətqızı – Yevlax şəhər B.Səfəroğlu adına xalq teatrının rejissoru
Zülfiyyə Əliqızı – ingilis dili müəllimi (Yevlax)

Bununla da təşkilatın üzvlərinin sayı 102 nəfərə çatmışdır. İH CASCFEN-ə 100-cü üzv kimi qəbul edilən Bəşir Səfəroğlu adına Yevlax Xalq Teatrının rejissoru Türkan Fikrətqızını rəmzi olaraq ayrıca qeyd etmək qərarına gəlmişdir.

Bundan sonra CASCFEN sədri Azər Həsrətin cari ayın sonunda, mayın əvvəllərində Qazaxıstan və Qırğızıstana gerçəkləşdirəcəyi səfər proqramı ətrafında fikir mübadiləsi aparılmışdır. Bu müzakirələr zamanı qurumun Orta Asiya baş təmsilçisi Ramiz Məşədihəsənlinin fəaliyyəti haqqında da danışılmış və onun uğurlu çalışmaları ayrıca vurğulanmışdır.

Toplantıda İH üzvlərinin bölgələrə səfərləri ətrafında fikir mübadiləsi də aparılıb. Qurumun sədri Azər Həsrətin Beynəlxalq Avrasiya Mətbuat Fondunun dəvəti ilə Tərtərdə iki günlük treninq aparması, həmçinin sədr müavini Nadir Azərinin Yevlaxda gənclərlə görüşü haqda bilgi verilib.

İH ötən ilin sonunda qəbul edilmiş qərara əsaslanaraq CASCFEN-in 1-ci qurultayına hazırlıq mərhələsinə başlamaq barədə ümumi rəyə gəlmişdir. Qərara alınmışdır ki, qurultay bu il sentyabr ayının 15-də, Bakı şəhərində keçirilsin. Qurultaya hazırlıq üzrə təşkilat komitəsinə gəlincə, İH aprelin 20-dək bu prosesi başa çatdırmağı qərara almışdır. Belə ki, bunun üçün ənənəvi üsuldan imtina edərək təşkilatın bütün üzvlərinə müraciət edilməsi, könüllülük əsasında qurultaya hazırlıq üzrə təşkilat komitəsinin formalaşdırılması qərarlaşdırılmışdır.

Qeyd edək ki, toplantıda CASCFEN sədri Azər Həsrətlə bərabər sədr müavinləri Rey Kərimoğlu və Nadir Azəri, İH üzvləri Nüşabə Hüseynli, Lalə Musaqızı, Səhər Əhməd və Qalib İbrahimoğlu, həmçinin Nəzarət-Təftiş Komissiyasının sədri Sevda Əsgər, CASCFEN Məclisinin katibi Əfsanə Ələsgərli və qurumun üzvü Pərviz Elay iştirak edib. İH üzvləri Ramiz Əskər və Elşad Paşasoy üzrlü səbəbdən toplantıya qatılmayıb.

Toplantıdan görüntü

CASCFEN Mətbuat Xidməti

Photos from the meeting

Baku, CASCFEN, 08.04.2013 – The last Saturday the Central Asian and Southern Caucasian Freedom of Expression Network (CASCFEN) conducted its next Board meeting and assessed the work done and took new decisions.

Speaking about 10 years jubilee events of organization the Board members expressed gratitude to all members, especially for cultural part of the event to members Shamistan Alizamanli, Mansura Rasulzade, Konul Valibeyli and Saida Haqverdi.

Afterwards the Board considered 9 applications for CASCFEN membership and all applicants were accepted to the organization:

Gulnar Masimli – chief editor of “Nashir” magazine
Ibrahim Ilyasli – director of Sumgait City Poetry Club named after Ali Karim
Kebuter Haqverdi – a journalist, co-chairwoman of Turkey Azerbaijan Association (Istanbul)
Ramile Qurbanli – editor of APA TV
Samira Hasanbalaqizi – youth activist (Mingachevir city)
Samira Mammadhanifaqizi – deputy chief editor of “Baki khabar” daily
Shakir Rehman – independent photographer-designer (Sumgait city)
Turkan Fikretqizi – producer at Yevlakh City People`s Theatre named after Bashir Safaroglu
Zulfiyya Aliqizi – English language teacher (Yevlakh city)

So the number of CASCFEN members has reached 102 persons. The Board decided to congratulate symbolically the 100th member of CASCFEN Turkan Fikretqizi.

Then the Board members exchanged ideas about upcoming trip of CASCFEN chairman Azer Hasret to the Kazakhstan and Kyrgyzstan at the end of April and beginning of May. During these discussions Board members expressed thanks to CASCFEN`s Central Asia head representative Ramiz Mashadihasanli for his fruitful activities.

The Board members spoke about visits to the regions of Azerbaijan as well. Was noted that Azer Hasret traveled to Terter region to give a 2-day training on “Leadership and communication” arranged by International Eurasia Press Fund with support of UNICEF. Nadir Azeri, a deputy chairman of CASCFEN traveled to Yevlakh city and conducted meetings with local youth activists.

Based on the decision taken at the end of last year the Board decided to start preparatory works for the 1st Congress of CASCFEN. The decision says that the Congress will be conducted on September 15, 2013 in Baku. Speaking on preparatory committee for Congress the Board decided not to use traditional method and just to call on general membership for voluntary participation to launch the committee. The process of formation of the committee will be ended before April 20, 2013.

Alongside with CASCFEN chairman Azer Hasret the deputy chairmen Rey Kerimoglu and Nadir Azeri, the Board members Nushabe Huseynli, Lale Musaqizi, Seher Ahmed and Qalib Ibrahimoglu, a chairwoman of Control-Revision Commission Sevda Asker, secretary of CASCFEN Permanent Assembly Efsane Alaskerli and a member Perviz Elay took part in the Board meeting. The Board members Ramiz Asker and Elshad Pashasoy were absent due to respective reasons.

A photo from the meeting

CASCFEN Press Service

Number of View: 21943