CASCFEN baş təmsilçisinin Almatı görüşüCASCFEN representative conducted a meeting in Almaty

Görüşdən görüntü

Almatı, CASCFEN, 04.04.2013 – Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin (CASCFEN) Orta Asiya üzrə baş təmsilçisi Ramiz Məşədihəsənli CASCFEN-in Qazaxıstanın güney paytaxtı Almatıdakı ofisində Qazaxıstan Daxili İşlər Nazirliyinin təqaüddə olan zabitləri ilə görüşüb.

Görüş zamanı Ramiz Məşədihəsənli CASCFEN-in 10 ildən bəri fəaliyyətini davam etdirdiyini, Orta Asiya respublikalarında da baş təmsilçiliyinin açıldığını bildirib. O, təşkilatın məqsəd və vəzifələrini açıqlayıb. İnsan hüquqlarının müdafiəsi, söz, mətbuat azadlığı, polis-media münasibətləri, sağlam cəmiyyətin yaradılmasında ağsaqqalların təcrübəsindən faydalanaraq gənc nəslin üzərinə düşən məsuliyyət və öhdəliklər barədə geniş fikir mübadiləsi aparılıb.

Ata-babaları 1937-ci ilin Stalin repressiyaları zamanı Güney Qazaxıstana sürgün edilən, istefada olan polis polkovniki, Daxili İşlər Nazirliyi Veteranlar Şurası sədrinin müavini Qədir Əliyev vaxtaşırı gənclərlə görüşərək profilaktik tədbirlərin ələ alınmasının artıq müsbət nəticələr verdiyini dilə gətirib.

“Qazaxıstan çoxmillətli bir ölkədir. Burada 130-a yaxın millət və etnik xalq yaşayır. Onların hüquqi, dini azadlıqları dövlət tərəfindən müdafiə olunur. Çünki Prezident Nursultan Nazarbayev demokratiya və tolerantlığa qarantdır. Onun müdrik siyasəti nəticəsində nəinki Qazaxıstanda, hətta qonşu respublikalarda belə sabitliyin yaradılması istiqamətində xeyli işlər görülüb. CASCFEN-in Orta Asiyada baş təmsilçiliyinin açılmasını da ürəkdən bəyənirik. Tez-tez ziyarətinizə gələcək və lazım olduqca sizi də DİN-in tədbirlərinə dəvət edəcəyik. Çünki biz asayişin, sabitliyin qorunmasında, terrorçuluğa, narkotik vasitələtin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə aparırıq, siz isə bu saydıqlarımı nəzəri olaraq dəyərləndirir, haqqın, ədalətin tərəfdarı olduğunuzu göstərirsiniz”, – deyə Qədir Əliyev bildirib.

Digər görüş iştirakçısı, təqaüddə olan polis polkovniki, Çində yaşayıb çalışan və “Çibao” firmasının sahibi Tölögen Kalnazarov da həmsöhbəti ilə razılaşdığını deyib və əlavə edib ki, sağlam cəmiyyətin yaradılması üçün gənclərin və yeniyetmələrin ilk növbədə evdə, sonra məktəbdə tərbiyəsinə ciddi fikir verilməlidir. Əgər bir qrup gənc küçədə, yaxud ictimai yerdə insanların rahatlığını poza biləcək qeyri-hüquqi yanlışlıqlara yol verərsə, heç vaxt kənardan müşahidəçi olarak qalmamaq lazımdır. Dərhal onların yanlışlıqlarını bildirib, nizam-intizama çəkmək gərəkdir.

Bu düşüncələri ifadə edən T.Kalnazarov Almatıda olduğu vaxtlarda CASCFEN-in buradakı ofisinə gələrək təcrübəli bir hüquqçu kimi əlindən gələn köməyi əsirgəməyəcəyini deyib.

Görüşə qatılan Qazaxıstan Azərbaycanlılarının mətbu orqanı olan “VƏTƏN” qəzetinin redaktoru, “TÜRKEL” Fondunun prezidenti, eyniadlı qəzetin və “ALTIN KÖPRÜ” dərgisinin baş redaktor müavini Hökümə XƏLİLOVA da CASCFEN başqanının yaxın vaxtlarda Ulu Türküstana səfəri çərçivəsində hüquq elminin biliciləri və asayiş keşikçiləri ilə də bir görüş keçirəcəyini əlavə edib.

Number of View: 24300