Bakı, CASCFEN, 13.12.2012 – Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin (CASCFEN) sədri Azər Həsrət və sədr müavini Rey Kərimoğlu QafqazInfo.az İnternet saytının redaksiyasını ziyarət edib. Burada onlar kollektivlə tanış olub, qurumun baş redaktoru Elbrus Ərudla görüşüblər.
CASCFEN-dən verilən xəbərə görə, qurum rəhbərləri son zamanlar Azərbaycanda vüsət almaqda olan onlayn medianın durumu ilə bağlı fikir mübadiləsi aparıblar. CASCFEN sədri Azər Həsrət bildirib ki, “artıq bütün dünyada ənənəvi medianın yerini onlayn media almaqdadır və sevindirici haldır ki, Azərbaycan da bu prosesdən geri qalmır”. Daha sonra o, qeyd edib ki, Azərbaycan dövlətinin ənənəvi mediaya dəstək verməsi özlüyündə müsbət hal olsa da artıq onlayn mediaya da yardımların edilməsinin zamanı çatmışdır: “Biz düşünürük ki, KİV-ə Dövlət Dəstəyi Fonduna ayrılan vəsaitin həcmi artırılaraq onlayn mediaya dövlət yardımının edilməsi ümumilikdə Azərbaycanın faydasına olardı. Ümid etmək istərdik ki, onlayn medianın artan rolu nəzərə alınaraq bu yöndə addımlar atılacaq”.
QafqazInfo.az-ın baş redaktoru Elbrus Ərudsa öz növbəsində bildirib ki, xəbər yarışmasında hazırkı şərtlər altında çalışmaq elə də asan deyil. “Bununla belə kollektivimizin çevikliyi, özəlliklə də gənclərdən ibarət olması bizim bu yarışmada heç də geri qalmadığımızı, əksinə, bir çox hallarda daha öndə olmağımızı təmin edir. Hər halda bu gün Azərbaycanın ən öndə gedən onlayn media qurumları sırasında olmağımız bunu bariz şəkildə göstərir”, – deyə o, bildirib.
CASCFEN-in sədr müavini Rey Kərimoğlu da öz növbəsində QafqazInfo.az İnternet qəzetinin rolunu və yerini qeyd edərək deyib ki, belə resursların bolluğu Azərbaycan dövlətçiliyi üçün çox önəmli amildir.
Görüşün sonunda CASCFEN təmsilçiləri QafqazInfo.az əməkdaşlarını qurumla əməkdaşlığa dəvət ediblər.
CASCFEN Mətbuat Xidməti. Şəkillər QafqazInfo.az-a məxsusdur.
Baku, CASCFEN, Dec 13, 2012 – The heads of the Central Asian and Southern Caucasian Freedom of Expression Network (CASCFEN) – chairman Azer Hasret and deputy chairman Rey Kerimoglu has visited QafqazInfo.az online newspaper offices. They have met here the staff members of the newspaper and its chief editor Elbrus Erud.
According to news delivered by CASCFEN the heads of both organizations exchanged thoughts about the state of rising role of online media in Azerbaijan. CASCFEN chairman Azer Hasret said that “all over the world online mass media is replacing traditional media and we are happy that Azerbaijan is not behind of these processes”. Then he noted that Azerbaijani government support to traditional mass media is good but the time has come to provide such support to online mass media as well: “We think that finances allocated to State Support Fund for Mass Media should be increased in order to provide such support for online mass media for the benefit of Azerbaijan. We would like to hope that taking into consideration the rising role of online mass media the steps will be taken in this direction”.
Chief editor of QafqazInfo.az Elbrus Erud said in turn that it is not easy to work under such a news competition circumstance. “But anyway efficiency of our staff and especially youth team provides us with opportunity not be late, in contrary to be in front line of this competition in most cases. Just our place among the leading online mass media of Azerbaijan proves this anyway”, – has said he.
CASCFEN deputy chairman Rey Kerimoglu also noted that QafqazInfo.az has significant place and role among leading online mass media of Azerbaijan and this is very important factor for Azerbaijani statehood.
At the end of the meeting CASCFEN representatives invited QafqazInfo.az staff members to cooperate with their organization.
CASCFEN Press Service. Photos: QafqazInfo.az