Bakı, GünAz.TV, 11.12.2012 – GünAz TV mətbuat mərkəzinin növbəti müsahibi Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin (CASCFEN) sədri Azər Həsrətdir.
– Azər bəy, nədən dünya ictimaiyyəti İranda pozulan insan haqlarına qarşı bu qədər biganədir?
– Mən deməzdim ki, biganədir. Çünki təmasda olduğumuz bir çox beynəlxalq təşkilatların, yaxud da dünyada tanınan media qurumlarının xəbərlərində İranda insan haqları ön sıralarda yer alır. Bir qayda olaraq İranın insanların yaşaması üçün ən təhlükəli ölkə olduğu vurğulanır və sürəkli olaraq bu ölkənin başındakı insanlığa zidd rejimə qarşı kampaniyalar təşkil edilir. Mənə elə gəlir ki, siz bu sualı verərkən yəqin ki, daha çox İran zülmü altında inləyən 40 milyon Türkün haqlarına biganəliyi nəzərdə tutursunuz. Belədirsə, məsələ bir qədər fərqlidir.
– Bəli, beynəlxalq insan haqları təşkilatları ilə əməkdaşlıq edən şəxs kimi deyə bilərsinizmi ki, bu qurumlar Güney Azərbaycanda baş verən hadisələr haqqında hansısa bilgilərə sahibdir, ya yox?
– Yuxarıda da qeyd etdiyim kimi, sualın bu cür qoyuluşu məsələni xeyli dəyişir. Doğrudan da işbirliyi etdiyimiz bir çox beynəlxalq qurumlar Güney Azərbaycan və ümumiyyətlə İran adlanan ölkədə əhalinin yarısının Türk olması haqqında bilgili deyil. Bəzən biz bu haqda danışanda əvvəlcə inanmırlar, sonra isə yavaş-yavaş inanmağa başlayırlar. Çünki biz onlara faktlar(dəlillər), tarixi sübutlar təqdim edirik. İran adlanan ölkənin, əslində, bir zamanlar bir Türk dövləti olduğunu isbat edirik və göstəririk ki, indi hakimiyyət başında olan fars rejimi Türklərin milli kimliyini inkar yolu tutub. Bundan sonra artıq həmin təşkilatlar Güney Azərbaycan məsələsinə diqqət ayırmağa başlayır. Amma yenə də yetərincə deyil. Çünki bəlli olduğu kimi dünyanın bir çox dairələri Azərbaycanın birləşməsindən əndişə duyur və buna görə də İran rejiminin Türklərin haqlarını pozmasına göz yumurlar.
– Qarşıda təşkilatınız bu istiqamətdə hansısa tədbirlər keçirməyi planlaşdırırmı?
– Ayrıca tədbirlər deməzdim, ancaq müəyyən işlər görürük və görməyə də davam edəcəyik. Daha çox söz və ifadə azadlığı məsələləri ilə məşğul olduğumuz üçün İrandakı türklərin bu yöndə haqlarını həmişə diqqətdə saxlayırıq. Elə bizim təşkilat da birbaşa İrana dəxli olmayan bir coğrafiyanı əhatə etsə də ayrıca İran xəbərləri yayır ki, burada da həmin ölkədə soydaşlarımızın hüquqlarına yer verilir. Biz xəbərlərimizi ingilis dilinə çevirib beynəlxalq qurumlara göndəririk. Əlavə olaraq onu da deyim ki, şəxsən özüm təşkilat rəhbəri olaraq qatıldığım bütün beynəlxalq tədbirlərdə İranda 40 milyon türkün ən adi haqlarının belə gözardı edilməsindən danışıram.
Söhbətləşdi: Elnur Eltürk
Qaynaq: gunaz.tv/?id=2&vmode=1&sID=59730&lang=1
Baku, GunAz.TV, Dec 11, 2012 – The next interviewee of GunAz.TV press center is Azer Hasret, a chairman of the Central Asian and Southern Caucasian Freedom of Expression Network (CASCFEN).
– Azer bey, why the world community is so ignorant towards human rights violations in Iran?
– I`d not say that the world is ignorant. Because I just see that the human rights in Iran are in the first lines of human rights organizations and leading mass media of the world with whom I`m in collaboration. Usually in the news Iran is regarded as a dangerous country for people to live and campaigns are launched against antihuman regime heading this country. I think while asking his question you meant most of all the rights of 40 million Turks leaving in Iran. If so the issue is different.
– Yes, could you as a person collaborating with international human rights organizations tell that these organizations are aware of events in South Azerbaijan or not?
– As I stated above putting a question like this changes the issue. Indeed many international organizations with whom we collaborate are not even aware of South Azerbaijan and the fact that a half of the population in Iran is Turkish people. While we talk about this they usually don`t believe. But after sometimes they start to believe. Because we provide historical facts, evidences. We just explain that the country called now Iran previously was a Turkish country. But the Persian regime after coming to power in the country is ignoring Turkish identity of the people. After this explanation those international organizations deliver more attention to the issue of South Azerbaijan. But again this is not enough. Because as is known some circles of the world are concerned about upcoming unification of Azerbaijan and that`s why are closing an eye to the facts of rights of Turkish people.
– Is your organization going to conduct any activities in this direction in near future?
– I`d not say that we`ll conduct separate actions, but we implement some activities and will continue this. As we deal mostly with freedom of expression issues we always keep under attention these issues in Iran as well. Our organization is not directly involved in Iranian issues. But as a neighbor country we pay attention to the human rights in this country and defend the rights of people. We translate our news into English and send to international organizations. In addition I can say that being a head of the organization I always raise the issue of 40 million Turks in Iran and about ignorance towards their rights while attending international events.
Interviewer: Elnur Eltürk
Source: gunaz.tv/?id=2&vmode=1&sID=59730&lang=1
Translated into English by CASCFEN
Number of View: 29848