Azərbaycanda gənc qadın jurnalist öldürüldü – FotolarYoung woman journalist killed in Azerbaijan – Photos

Sevinc Mənsimli

Bakı, QafqazInfo.az, 12.11.2012 – “Qafqazinfo” üçün ağır itki baş verib. Saytımızın əməkdaşı atası tərəfindən qətlə yetirilib. Belə ki, ötən gün Bakının Xəzər rayonu, Mərdəkan qəsəbəsi Qardaşxan Aslanov küçəsi dalan 3 ünvanında yaşayan 1949-cu il təvəllüdlü Mənsim Mənsimov ailə münaqişəsi nəticəsində həyat yoldaşı 1963-cü il təvəllüdlü Zemfira Mənsimova və qızı 1990-cı il təvəllüdlü Sevinc Mənsimlini baltalayaraq qətlə yetirib. Daha sonra isə 63 yaşlı Mənsim Mənsimov özünü asıb.

Sevinc Mənsimli “Qafqazinfo” saytının idman yazarı olub.

Faktla bağlı Xəzər rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4, 120.2.7 və 120.2.9-cu məddələrlə cinayət işi başlanıb, araşdırmalar aparılır.

Sevinc saytımızla yeni əməkdaşlığa başlasa da, qısa müddət ərzində böyük təcrübə toplamışdı. O, redaksiyamızın əməkdaşları üçün sevimli bir insana çevrilmişdi. Xatirəsi bizim qəlbimizdə həmişə yaşayacaq.

Allah rəhmət eləsin!

Sevinc Mənsimli (Soldan 2-ci) qafqazinfo.az kollektivində
Sevinj Mansimli

Baku, CASCFEN, Nov 12, 2012 – According to reports of national media a young woman journalist, sport writer for qafqazinfo.az news site Sevinj Mansimli was killed by her father yesterday November 11, 2012.

Details say that resident of Baku, Mansim Mansimli, born in 1949, due to family related quarrel killed his wife, Zemfira Mansimli, born in 1963 and his daughter, a young journalist Sevinj Mansimli, born in 1990.

After killing his wife and daughter Mansim Mansimli has killed himself too through hanging.

The Prosecutors office of Khazar District of Baku has opened criminal case in this regard based on the clauses 120.2.4, 120.2.7 and 120.2.9 of the Criminal Code of the Republic of Azerbaijan.

Sevinj Mansimli (2nd from left) with qafqazinfo.az staff members

Number of View: 6173