Bakı, CASCFEN, 05.11.2012 – Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi (CASCFEN) İdarə Heyətinin noyabrın 3-də keçirilən toplantısında təşkilatlanma istiqamətində bir sıra mühüm qərarlar qəbul edilib. Toplantıda ötən bir ay ərzində görülən işlər haqqında danışan CASCFEN sədri Azər Həsrət bildirib ki, Mətbuat Şurasına üzvlük üçün müraciət təqdim edilib, beynəlxalq və yerli media təmsilçiləri ilə beş ayrı görüş keçirilib, Gürcüstanda qapadılan PİK TV-nin kollektivi ilə həmrəylik bəyanatı həmin ölkənin mətbuatında dərc edilib, qurumun saytı ingilis dilində yenidən qurulub. Sədr onu da əlavə edib ki, görüşlərdə İdarə Heyətinin üzvlərinin bir qismi də iştirak edib.
Daha sonra təşkilati məsələləri müzakirə edən İdarə Heyəti daxil olan ərizələri tək-tək nəzərdən keçirərək aşağıdakı 16 nəfəri CASCFEN üzvlüyünə qəbul edib:
1. Dr. Ramiz Əskər
2. Qafar Çaxmaqlı, Müstəqil Araşdırmaçı Jurnalistlər Liqasının sədri
3. Ağası Hun, müstəqil jurnalist
4. Ramiz Məşədihəsənli, Qırğızıstanda çıxan “Türkel” qəzetinin baş redaktoru
5. Əkbər Qoşalı, Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı, şair
6. İntiqam Soltan, Bakı Uşaq Teatrının direktoru
7. Səbuhi Rəhimli, “Qoroskop” qəzetinin baş redaktoru
8. Seyran Cəfərli, karikaturaçı rəssam
9. Seymur Verdizadə, Jurnalist Araşdırmaları Mərkəzinin sədri
10. Əfsanə Ələsgərli, “Xalq qəzeti”nin əməkdaşı
11. Arzu Soltan, müstəqil jurnalist
12. Siyab Soltanoğlu, publisist
13. Namiq Hacıheydərli, şair
14. Cahan Əli, müstəqil jurnalist
15. Qürbət Heybətoğlu
16. Vurğun Əlioğlu
Toplantıda İdarə Heyətinin tərkibinin genişləndirilməsi zərurəti də müzakirə edilib və qərara alınıb ki, bu il dekabrın 23-nə nəzərdə tutulan CASCFEN Məclisinin ilk toplantısına qədər bu yöndə hazırlıqlar başa çatdırılsın.
İdarə Heyəti CASCFEN-in iki beynəlxalq təşkilata – Beynəlxalq Söz Azadlığı Mübadiləsi (IFEX) və Etik Jurnalistika Şəbəkəsinə (EJN), həmçinin Azərbaycan Milli QHT Forumuna üzv olması üçün də qərar verib.
Başqa məsələlərin də müzakirə edildiyi toplantıda qurumun gənc jurnalistlər və QHT fəalları üçün yeni proqramı razılaşdırılıb və noyabrın 15-dək bu yöndə elanların verilməsi qərarlaşdırılıb.
İdarə Heyətinin toplantısında Azər Həsrət, Rey Kərimoğlu, Nüşabə Hüseynli, Lalə Musaqızı və Qalib İbrahimoğlu iştirak edib. Nadir Azəri və Elşad Paşasoy isə üzrlü səbəbdən toplantıya qatıla bilməyiblər.
CASCFEN Mətbuat Xidməti
Baku, CASCFEN, Nov 04, 2012 – Central Asian and Southern Caucasian Freedom of Expression Network (CASCFEN) Board in its meeting on November 3, 2012 has taken important decisions in the direction of organization building. Azer Hasret, Chairman of CASCFEN briefed Board members about implemented activities during last month. As he noted CASCFEN`s application for Azerbaijan Press Council membership has been submitted. Board members have conducted five meetings with the representatives of national media organizations and one international expert. CASCFEN has sent support letter to closed PIK TV staff in Georgia which was published in this country. Then the web site of CASCFEN was re-launched in English and within one week visitors from 28 countries have visited this resource already.
The Board members taking into consideration applications for membership has decided to accept the following 16 persons to CASCFEN:
1. Dr. Ramiz Asker
2. Qafar Chakhmaqli, Chairman, Independent Investigative Journalists League
3. Agasi Hun, independent journalist
4. Ramiz Mashadihasanli, Chief Editor, “Türkel” newspaper, Kyrgyzstan
5. Akber Qoshali, Chairman, World Young Turk Writers Union, poet
6. Intiqam Soltan, Director, Baku Child Theatre
7. Sabuhi Rahimli, Chief Editor, “Horoskop” newspaper
8. Seyran Jafarli, cartoonist
9. Seymur Verdizade, Chairman, Journalist Investigations Centre
10. Efsane Alaskerli, collaborator, “Khalq qazeti” daily
11. Arzu Soltan, independent journalist
12. Siyab Soltanoğlu, publicist
13. Namiq Hacıheydarli, poet
14. Cahan Ali, independent journalist
15. Qurbet Heybetoglu
16. Vurgun Alioglu
In regard to adding new members to Board participants decided to work out the method how to expand this and make a final decision in CASCFEN Assembly meeting scheduled for December 23, 2012.
The Board voted for membership of CASCFEN in two international organizations – IFEX (International Freedom of Expression eXchange) and EJN (Ethical Journalism Network). One more decision was taken for membership to Azerbaijan National NGO Forum.
The Board decided on announcing start of new project for young journalists and NGO activists on online ethics. The first announcement will be aired before November 15, 2012.
The Board meeting was attended by Azer Hasret, Rey Kerimoglu, Nushabe Huseynli, Lale Musaqizi and Qalib Ibrahimoglu. Two Board members – Nadir Azeri and Elshad Pashasoywere absent due to being in work place appointment.
CASCFEN Press Service
Number of View: 5155