“ProjectMan2” layihəsinin icrasına başlanılıb

Gənclər Fondunun maliyyə dəstəyi ilə “Odlar Yurdu” Gənclər İctimai Birliyi “ProjectMan2” layihəsinin icrasına başlayıb.

Bu barədəİctimai Birlikdən məlumat verilib.

Məlumata görə, “ProjectMan” layihəsi ilə yerli və beynəlxalq layihələrin yazılma prossesinin öyrənilməsi və komanda işinin qurulması, stressin idarə olunması mövzuları ilə 40 gəncin layihədə iştirak etməsinə imkan yaradıb.

Qeyd edilib ki, “ProjectMan2” layihəsi çərçivəsində 40 gənc 8 günlük davamlı təlimlərdə iştirak edərək, layihələrin yazılma qaydasını, komanda ilə işləmək və hesabatların hazırlanma prossesini daha yaxından öyrənmiş olublar: “Layihədə təlimçi Fəxri Məmmədzadə və “Odlar Yurdu” Gənclər İctimai Birliyinin Baş Katibi Nərmin Daşdəmirbəyli idi. Təlimlərin sonunda fəal iştirak edən gənclərə sertifikatlar təqdim olundu”.

Number of View: 268