Yanvarın 26-da QHT-lərə Dövlət Dəstəyi Agentliyində media sahəsində ixtisaslaşmış bir qrup QHT sədrləri ilə görüş keçirilib.
Görüşdə Prezident Administrasiyasının QHT-lərlə iş və kommunikasiya şöbəsinin QHT-lərlə iş sektorunun müdiri Tural Əliyev, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyeva, Medianın İnkişafı Agentliyinin şöbə müdiri Elşən Ağayev, Mətbuat Şurası sədrinin müavini Səadət Məmmədova və Agentliyin digər məsul şəxsləri iştirak edib.
Aparılan müzakirələrdə 30-a yaxın QHT təmsilçisi media sahəsində QHT-lərin fəaliyyəti ilə bağlı fikirlərini bölüşüb, müxtəlif təkliflərlə çıxış edib. Prezident Administrasiyasının, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin, Medianın İnkişafı Agentliyinin, Mətbuat Şurasının nümayəndələri sualları cavablandırıblar.
Müxtəlif profil üzrə QHT-lərlə analoji görüşlər davam etdiriləcək.
Number of View: 765