Növbəti görüş mədəniyyət sahəsində fəaliyyət göstərən QHT sədrləri ilə olub

Yanvarln 19-da QHT-lərə Dövlət Dəstəyi Agentliyində mədəniyyət sahəsində fəaliyyət göstərən bir qrup QHT sədrləri ilə görüş keçirilib.

Bu barədə Agentlikdən məlumat verilib.

Bildirilib ki, “əvvəlcə, 20 Yanvar ərəfəsində keçirilən görüşdə Vətən uğrunda canını fəda etmiş bütün şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla anılıb.

Görüşdə Prezident Administrasiyasının QHT-lərlə iş və kommunikasiya şöbəsinin QHT-lərlə iş sektorunun müdiri Tural Əliyev, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyeva və Agentliyin digər məsul şəxsləri iştirak edib”.

Məlumata görə, aparılan müzakirələrdə 20-dən çox QHT təmsilçisi bu sahədə fəaliyyətin gücləndirilməsi üçün müxtəlif təkliflərlə çıxış edib, müvafiq qeydlər götürülüb, suallar cavablandırılıb.

Müxtəlif profil üzrə QHT-lərlə analoji görüşlər davam etdiriləcək.

Number of View: 681