Səfrilikdə qazilərlə görüş

Türkiyə Müharip Qazilər Dərnəyinin dəvəti və “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin təşkilatçılığı ilə bir qrup Vətən müharibəsi qaziləri qardaş Türkiyədə səfərdədir. Səfər çərçivəsində qazilərlə Azərbaycanın Türkiyədəki səfirliyində görüş keçirilib.

Bu barədə səfirlikdən məlumat verilib.

Bildirilib ki, “səfirlik nəzdindəki Hərbi Attaşelik Aparatının əməkdaşlarının, eləcə də Türkiyə Müharip Qazilər Dərnəyinin nümayəndələrinin də iştirak etdiyi görüşdə müşavir Eldar Əliyev və hərbi attaşe general-mayor Müşfiq Məmmədov qonaqları salamlayıblar”. Məlumata görə, görüşdə qazilərin 44 günlük Vətən müharibəsində göstərdiyi qəhrəmanlıq vurğulanıb və onların şücaətinin hər bir Azərbaycan gənci üçün örnək təşkil etdiyi bildirilib: “Görüş zamanı Azərbaycan dövlətinin qazilərə göstərdiyi yüksək diqqətdən danışılaraq, bir çox qazinin məhz qardaş Türkiyədə müalicə aldığı qeyd edilib. Səmimi şəraitdə keçən görüşdə qazilər də öz fikirlərini səsləndirərək dövlətin onlara qayğı və diqqətindən razılıq ediblər”.

Number of View: 267