Vətəndaş cəmiyyəti demokratiyanın inkişafında həlledici rol oynayır

Astanada keçirilən dəyirmi masada Qazaxıstan Respublikası Parlamenti Senatının deputatı Bibiqul Jeksenbay bu ölkədə vətəndaş cəmiyyətinin inkişafının gedişindən danışıb.

Bu barədə Kazinform-un xəbər verir.

Məlumata görə, B.Jeksenbay bildirib ki, vətəndaş cəmiyyətinin fəaliyyəti ölkənin insan kapitalının, iqtisadi dəyərlərinin və rifahının əsasını təşkil edir: “Vətəndaş cəmiyyəti ilə parlamentin qarşılıqlı əlaqəsi demokratiyanın inkişafında həlledici rol oynayır. Bir çox ölkələrdə vətəndaş cəmiyyəti, o cümlədən qeyri-hökumət təşkilatları, ictimai fəallar və ekspertlər qanunvericilik prosesində fəal iştirak edirlər. Ölkəmiz də ilk addımlarını atır. Bu təşkilatlar və şəxslər parlamentin deputat qruplarının işində fəal iştirak edirlər”.

Qeyd edilib ki, Qazaxıstanın vətəndaş cəmiyyəti parlamentin işini dəstəkləyir: “Bu cür tərəfdaşlıq cəmiyyətin maraqlarını əks etdirən və onun inkişafına töhfə verən səmərəli qanunvericilik aktlarının formalaşdırılmasına imkan verir. Senator vurğulayıb ki, vətəndaş cəmiyyəti heç vaxt dərhal qurulmur, Qazaxıstan totalitar cəmiyyətdən azad bazar cəmiyyətinə keçib”.

Xəbərdə o da qeyd edilib ki, “Qanun yaradıcılığı sahəsində əməkdaşlıq formatlarına dair vətəndaş cəmiyyəti və parlamentarilərin dialoqu” adlı dəyirmi masada qanunvericilik prosesində vətəndaş cəmiyyəti ilə parlamentarilər arasında qarşılıqlı fəaliyyətin ən yaxşı milli və beynəlxalq təcrübələri, gələcək əməkdaşlıq formatlarının əlaqələndirilməsi müzakirə olunub.

Number of View: 359