Sentyabrın 28-də Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib.
İclasda 2024-cü il üçün qrant müsabiqələrinin mövzuları müzakirə edilib və qəbul olunub. Qərara alınıb ki, kiçik, orta və böyük qrant müsabiqələri 2023-cü ilin oktyabr ayında Agentlik tərəfindən elan edilsin.
Bundan başqa, Nazirlər Kabinetinin müəyyən etdiyi qaydalardan irəli gələn məsələlər müzakirə olunub.