Siyasi Texnologiyalar Mərkəzi (STM) İctimai Birliyi Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyələşdirdiyi “Regionlarda yerli hakimiyyət orqanlarının ictimaiyyətlə əlaqələrinin səmərələşdirilməsi” layihəsi çərçivəsində təlimlərini davam etdirir.
Bu haqda Birlikdən daxil olan xəbərdə bildirilir.
Xəbərdə o da qeyd edilir ki, “sentyabrın 4-də Ağsu şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilən təlimdə rayon icra hakimiyyəti, Heydər Əliyev Mərkəzi, Yeni Azərbaycan Partiyasının yerli təşkilatı, Sosial Xidmətlər Agentliyi, KOBİA – Ağsu və s. qurumların nümayəndələri iştirak ediblər”.
“Təlimdə dövlət qurumlarının ictimaiyyətlə münasibətlərinin düzgün qurulmasının vacibliyi, onların sosial şəbəkələrdən istifadəsinin əhəmiyyəti və yolları, dövlət məmurlarının imic və nüfuzu, vətəndaşların məlumatlandırılması mexanizmləri, vətəndaş məmnunluğu və s. məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Təlim iştirakçıları mövzunun aktuallığı və vacibliyini qeyd edərək məmur-vətəndaş münasibətlərinin daha da yaxşılaşdırılması istiqamətində addımların atılmasının mühümlüyünü qeyd ediblər”, – deyə xəbərdə deyilir.
Qurum tədbirin təşkilində göstərdiyi dəstəyə görə Ağsu Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi məsələlər şöbəsinin baş məsləhətçisi Umud Cavidə təşəkkür edib.
O da qeyd edilir ki, “STM layihə çərçivəsində 12 rayon mərkəzində təlimlər keçirəcək. Bundan öncəki təlimlər Şamaxı və İsmayıllıda olub”.
Number of View: 1856