Daha bir layihənin icrasına başlanılıb

“Davamlı Turizmin İnkişafına Dəstək” İctimai Birliyi Azərbaycan Respublikası Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2023-cü il kiçik qrant müsabiqəsində Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş “Təbiət keşikçiləri gənclər hərəkatı” ilə sən də təbiəti qoruyanlardan ol!” layihəsi ilə qalib olmusdur”.

Bunu BAYRAQDAR MEDİA-ya layihənin rəhbəri, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın sədr müavini Nərminə Qəribova deyib.

O, bu yola Ulu Öndər Heydər Əliyevin “Mən istəyirəm ki, hamınız təbiəti qoruyanlar olasınız” şuarı və daha çox gənci təbiəti qoruyan ruhda yetişdirməkdə məqsədli çıxdıqlarını deyib: “Layihənin ilk tədbiri Xızı rayonu, Altı Ağac Milli Parkında təbiət qoynunda təşkil edilmişdir. Maarifləndirici və əyləndirici tədbirdə təbiət keşikçilərinə təbiəti qorumağın vacibliyi, bu işdə dövlət qurumları ilə əməkdaşlığın qaydaları haqqında məlumat verilmişdir.

Gənclər Ekologiya və Təbii Sərvətlər Nazirliyi Yanında İctimai şuranın sədri Amin Məmmədov və sədr müavini Nərminə Qəribova tərəfindən geniş şəkildə məlumatlandırılmış və bu fəaliyyətin həm də vətənə böyük bir xidmət olduğu bildirilmişdir”.

O da bildirilib ki, “tədbir bir günlük tur şəklində keçirilmiş, iştirakçılar komfortlu avtobusla Bakıdan Xızı rayonuna aparılmışdır”.

Number of View: 514