“Deportasiya qurbanlarının qayıdış imkanlarının reallaşdırılması istiqamətində beynəlxalq təcrübə” adlı Beynəlxalq Konfrans

“Deportasiya qurbanlarının qayıdış imkanlarının reallaşdırılması istiqamətində beynəlxalq təcrübə” adlı Beynəlxalq Konfrans keçirilir.

QHT.az xəbər verir ki, konfrans Sosial Strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Biriyi tərəfindən “Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının Avropa Birliyi Şərq Tərəfdaşlığı ölkələri Vətəndaş Cəmiyyəti Platformasında təqdimatı və icmalarda təşviqi” adlı layihə çərçivəsində həyata keçirilir. Layhə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə icra olunur.

Konfranda Şərq Tərəfdaşlığı ölkələri Vətəndaş Cəmiyyəti Forumundan və Türkiyə Cumhuriyyətindən vətəndaş cəmiyyəti ekspertləri, Şəhid və qazi ailələri İctimai Birliyinin nümayəndələri iştirak edir. Departasiya məsələləri ilə bağlı təqdimatlar edilir. Açılış nitqi ilə çıxış edən Birliyin sədri İlqar Hüseyinli iştirakçıları aktiv olmağa çağırdı: “Bu müzakirləri müxtəlif məkanlarda edə bilərdik. Bizim idarə heyyətinin qərarı ondan ibarətdir ki, biz tədbiri Azərbaycanda, paytaxtımız Bakı şəhərində edək. Bu qonaqpərvərliyimizi göstərmiş olacaq”.

Qeyd edək ki, konfransda iştirak edən ekspertlərin təqdimatlarında departasiya olunan öz məmləkətlərinə qaçqın və məcburi köçkün statusuna gəlib çıxan vətəndaşları ilə bağlı dövlətləri

Number of View: 476