“İRƏLİ”dən yeni layihə

Gənclər İdman Nazirliyinin dəstəyi, “İRƏLİ” İctimai Birliyinin təşkilatçılığı ilə “Gənclərin Media Savadlılığının Artırılması” layihəsinə başlanılır.

Bu barədə avqustun 17-də “İRƏLİ” İctimai Birliyinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, “5 gün müddətində düşərgə formatında həyata keçiriləcək layihə çərçivəsində iştirakçılar ictimaiyyətlə əlaqələr və onun əsas prinsipləri, rəqəmsal marketinq və brendinq, kommunikasiya bacarıqları, sosial media və yeni trendlər, eləcə də, digər mövzular üzrə təlim sessiyalarının həyata keçirilməsi planlaşdırılır. Layihə müddətində həmçinin bir sıra media nümayəndələri ilə görüş və digər maraqlı tədbirlərin təşkili nəzərdə tutulub”.

Qeyd edək ki, Xaçmaz rayonunda baş tutacaq layihədə ilkin qeydiyyat və müsahibə mərhələlərini uğurla başa vurmuş 80 nəfər iştirak edəcək: “Layihənin əsas məqsədi gənclərin media sahəsində bilik və bacarıqlarını artırmaq, həmçinin rəqəmsal transformasiya dövründə kommunikasiya vasitələrindən düzgün və aktiv şəkildə istifadəni təbliğ etməkdir. “Gənclərin Media Savadlılığının Artırılması” layihəsində iştirak etmək istəyən 17-25 yaş aralığında, təşəbbüskar, motivasiyalı, məsuliyyətli gənclər bu link vasitəsilə qeydiyyatdan keçə bilərlər”.

Number of View: 558