“Narkomaniya ümumbəşəri bəladır“ mövzusunda tədbir keçirilib

Bakı şəhəri Yasamal rayonu 167 nömrəli tam orta məktəbdə “Narkomaniya ümumbəşəri bəladır” mövzusunda tədbir keçirilib.

Şəhidlərimizin əziz xatirəsinə bir dəqiqəlik sükutla başlayan tədbirdə Yasamal rayon Polis İdarəsindən Polkovnik Orxan Mansurzadə, Polkovnik- leytenant Nəbi Nəcəfov, Yasamal Rayon İcra Hakimiyyətinin nümayəndəsi Rasim Əliyev, “Miqrasiya Sahəsinin İnkişafı” İctimai Birliyinin Sədri Vidadi Fətullayev, məktəb rəhbərliyi və yuxarı sinif şagirdləri iştirak edib. Çıxış edənlər, dövlətimizin vətəndaşların və xüsusilə də gənc nəslin sağlam inkişafına göstərdiyi qayğı,Daxili İşlər Nazirliyi və Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının(NMDK) İşçi Qrupu tərəfindən həyata keçirilən mübarizə və profilaktik tədbirlər,qanunvericilikdə edilmiş yeni dəyişikliklər, narkomaniya və onun törətdiyi fəsadlar, həmçinin narkomaniya ilə mübarizə sahəsində 2019-2024-cü illəri əhatə edən Dövlət Proqramı,102 və 802 qısa çağrı nömrələri barədə ətraflı məlumat verdilər.

Narkomaniya ilə mübarizədə təkcə hüquq-mühafizə orqanlarının deyil, cəmiyyətin bütün üzvlərinin birlikdə iştirakının vacibliyinin qeyd edildiyi tədbirin sonunda maarifləndirici materiallar paylandı və şagirdləri maraqlandıran suallar cavablandırıldı.

Number of View: 829