Ötən il 1000-ə yaxın QHT nümayəndəsinin və blogerin Şuşaya səfəri təşkil olunub

Aygün Əliyeva
Aygün Əliyeva

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi 2022-ci il – “Şuşa İli” çərçivəsində müxtəlif beynəlxalq tədbirlər, forumlar təşkil edib. “Ötən il ilk dəfə olaraq Azərbaycan–Türkiyə Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Forumu keçirilib. 2022-ci il ərzində 1000-ə yaxın QHT nümayəndəsi və blogerin Şuşaya səfəri təşkil olunub. Bundan əlavə, müxtəlif ölkələrin 100-ə yaxın nümayəndəsinin iştirakı ilə “Erasmus+” proqramı çərçivəsində iki beynəlxalq təlim keçirilib.

Bu fikirləri AZƏRTAC-a məxsusi müsahibəsində Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva söyləyib.

İcraçı direktor, həmçinin deyib: “Ötən il ərzində kiçik qrant müsabiqəsi, eyni zamanda, qeyd etdiyim kimi, “Şuşa İli”nə həsr olunmuş xüsusi qrant müsabiqəsi, “Məişət zorakılığına qarşı mübarizə və qadınlara qarşı ayrı-seçkiliyin aradan qaldırılması təşəbbüsləri” və “Müharibə iştirakçılarının sosial vəziyyətinin yaxşılaşdırılmasına dair təşəbbüslər” istiqamətləri üzrə qrant müsabiqələri elan olunub və ümumilikdə 515 layihə maliyyələşdirilib”.

Number of View: 378