Onlayn İctimai Nəzarət Platforması layihəsinin rüblük yekunlarına dair dəyirmi masa keçirilib

 

Onlayn İctimai Nəzarət Platforması (www.enezaret.az) layihəsinin rüblük yekunlarına dair dəyirmi masa təşkil edilib. E-Nəzarət Platforması ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID/Azerbaijan) tərəfindən maliyyələşdirilən və Açıq Hökumət Platforması ilə əməkdaşlıq şəraitində icra edilən layihə çərçivəsində həyata keçirilir.

Dövlət qurumlarının, QHT-lərin və mətbuatın iştirakı ilə keçirilən dəyirmi masada 2022-ci ilin dekabrından 2023-cü ilin fevralınadək Platformaya daxil olmuş müraciətlər, onların icra vəziyyəti və digər məsələlər müzakirə edilib.

Onlayn İctimai Nəzarət Platforması foto/video sübutu olan boru sızması, məişət tullantılarının idarə olunması, yol örtüyü, ağaclar, açıq lyuklar və digər bu kimi problemlərə dair müraciətləri aidiyyəti dövlət orqanlarına yönləndirir və onların həllinə nail olur. Rübün nəticələrinə görə, müraciətlərdə qeyd olunan problemlərin təxminən 70 faizdən çoxu öz həllini tapıb.

Rübün nəticələrinə görə, 19 dövlət qurumu vətəndaşların müraciətlərinə baxılması və bu müraciətlərdə qeyd olunan problemlərin həllində fəal olub və onlara müvafiq təltiflər təqdim olunub. Bu qurumlara Bakı Şəhəri İcra Hakimiyyəti, “Azərsu” ASC, “Azərişıq” ASC, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi, Yasamal, Nəsimi, Sabunçu, Xəzər, Xətai, Suraxanı, Biləsuvar, Nərimanov, Səbail, Binəqədi, Qaradağ Rayon İcra hakimiyyətləri, Lənkəran Rayon İcra Hakimiyyəti, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi və Daxili İşlər Nazirliyi aiddir.

Digər 5 dövlət qurumuna Onlayn İctimai Nəzarət Platforması ilə əməkdaşlıq edərək vətəndaşların müraciətlərində qeyd olunan problemlərin həllində göstərdikləri köməkliyə görə təşəkkürnamələr təqdim edilib (Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, TƏBİB, “Azəristiliktəczihat” ASC və “Azərbaycan Dəmir Yollari” QSC).

Bununla yanaşı, Onlayn İctimai Nəzarət Platforması tərəfindən keçirilən “Fəal vətəndaş-5” müsabiqəsinin qalibləri də (Cavad Salmanlı, Kamil Qasımov, Elçin Musayev) təltif edilib.

Number of View: 558