Fevralın 8-də “Qardaşlığımız əbədidir” QHT koalisiyasının sədri Emin Həsənlinin təşkilatçılığı ilə bir neçə QHT sədri və nümayəndələri Azərbaycandakı Türkiyə səfirliyi önündə dəstək aksiyası keçiriblər.
Bu barədə E.Həsənli məlumat verib.
Bildirilib ki, səfirliyin önünə gül çələngi və tər qərənfillər qoyan iştirakçılar hadisə nəticəsində həlak olanları 1 dəqiqəlik sükutla yad ediblər.
Aksiya iştirakçıları önüdə çıxış edən E.Həsənli, “Qardaş Türkiyəyə daima dəstək olacağıq, Türkiyənin sevinci, sevincimiz, kədəri kədərimizdir. Bu hadisə bütün türk dünyasını sarsıtdı. Allah orada vəfat edən bütün qardaş-bacılarımıza rəhmət eləsin, yaralılara da acil şəfa versin” deyib.
Qeyd edilib ki, Azərbaycanın Milli Qəhrəmanı general-mayor Polad Həşimovun anası Səmayə xanım da aksiyada çıxış edib: “O, hər zaman olduğu kimi, bu gün də qardaş Türkiyənin yanında olacağımızı, əlimizdən gələn bütün yardımları edəcəyimizi bildirdi. Dəstək aksiyasında “Ehtiyatda Olan Zabitlər Konfedrasiyası” İctimai Birliyinin idarə heyətinin üzvü, ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov, “Azərbaycan Vətən Müharibəsi Veteranları” İctimai Birliyin sədri Füzuli Rzaquliyev, “ Qarabağ Qaziləri” İctimai Birliyin sədri Asəf Əliyev, “Azərbaycan Təfəkkür Gənclər Assosiasiyası” İctimai Birliyinin sədri Emin Şirvanzadə, “20 Yanvar Şəhid Ailələrinin Hüquqlarının Təmin Olunması” İctimai Birliyinin sədri Maral Zamanova, “Əsgər Ailələrinə Dəstək” İctimai Birliyinin sədri Mətanət Əsgərqızı, “Çernobel Əlilləri” İctimai Birliyinin sədri Mirhəsən Həsənov, ehtiyyatda olan polkovnik Xətai Baxışov, Hikmət Ağayev, “Qardaşlığımız əbədidir” koalisiyasının idarə heyətinin üzvü Əkbər Qoşalı, “Milli Qəhrəmanları Tanıtım” İctimai Birliyinin sədri Elşən Uluxanlı Türkiyəyə həmrək olduqlarını bildirdilər. Aksiyada I və II Qarabağ müharibəsi qaziləri, Şəhid ailələri, Çernobel əliləri, 20 Yanvar şəhid ailələri də iştirak edirdilər”.
E.Həsənlinin sözlərinə görə, aksiyanın sonunda bir neçə QHT sədri Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı ilə görüşərək, başsağlığı veriblər.
Number of View: 539