Lalə Ağayeva – CASCFEN-nin Şabran rayonu üzrə koordinatoru
Müasir dünyada üçüncü sektor dediyimiz Qeyri-Hökumət Təşkilatlarının fəaliyyəti xüsusi önəm kəsb edir. O mənada ki, bu təşkilatlar dövlətlə vətəndaş arasında bir körpü rolunu oynayırlar. Daha da dəqiq desək, QHT sektoru həm dövlətin inkişafında, həm də vətəndaşların proseslərdə fəal şəkildə iştirakında mühüm rol oynayırlar.
Dünyanın qabaqcıl ölkələrindən olan Azərbaycanda da QHT-lərin proseslərdə yaxından iştirakı təmin edilib. QHT sektoruna dövlət, şəxsən Prezident İlham Əliyev tərəfindən xüsusi diqqət və qayğı göstərilir. Azərbaycanda Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi fəaliyyət göstərir və bu Agentlik QHT sektorunun inkişafı üçün davamlı addımlar atır, qrant müsabiqələri keçirir.
Təbii ki, QHT-lər də bu diqqət və qayğıdan güc alaraq, onlara göstərilən etmadı layiqincə doğrultmaq üçün səylə çalışırlar. Böyük məmnuniyyətlə deyə bilərəm ki, təmsil olunduğum “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyi (CASCFEN) də bu məsələdə ön sıralarda gedir.
Bu günə kimi cəmiyyət üçün vacib olan bir sıra layihələri uğurla icra edən təşkilatımızın əsas fəaliyyət istqamətlərindən biri də regionlarda insanlarla daha sıx təmasda olmaq, onların ictimai sektorda fəallığına dəstək verməkdir. Bu baxımdan CASCFEN tərəfindən davamlı addımlar atılır və gələcəkdə də atılacaq.
Hesab edirəm ki, bu məsələ bütün QHT-lərin gündəmində olmalıdır. Yəni, əyalət istiqamətli QHT-lərlə yanaşı digər istiqamətli QHT-lər də regionlarda daha çox görüşlər keçirməli, günün tələbinə uyğun olaraq müxtəlif səpkili layihələr reallaşdırmalıdırlar.
Number of View: 507